Rusiya

"Kadırovçu"lar döyüşdən imtina edən 3 rusu öldürdü

20 Aprel 2022 11:00
Baxış: 1 396
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukraynanın Zaporojye əyalətində "kadırovçu"lar döyüşməkdən imtina edən 3 rusiyalı hərbçini qətlə yetirib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Zaporojye vilayətinin hərbi administrasiyasının rəhbəri İvan Arefyev deyib.

Bildirilib ki, Ukrayna kəşfiyyatı Poloqov rayonunda rusiyalı hərbçilərin kütləvi etiraz etməsi barədə məlumat əldə edib. Hərbçilər onlara ödəniş edilməməsi səbəbindən döyüşməkdən imtina ediblər. Onlar silahı yerə qoyaraq, evə qayıtmaq istəyiblər.

Bu səbəbdən "kadırovçu"lar dəstəsi etirazçıları amansız şəkildə döyərək, 3-nü qətlə yetiriblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.