Rusiya

"Əbədi gəncliyimin sirri aktiv həyat, idman və yoqadır" - Müğənni yaşını açıqladı

5 Aprel 2022 02:31
0 Şərh     Baxış: 3 583
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gözəlliyi və bədən quruluşu ilə hər kəsi heyran edən Rusiyanın tanınmış müğənnisi Yekaterina Andreyeva hansı yaşda olduğunu açıqlayıb.

Milli.Az rus mediasına istinadən xəbər verir ki, müğənni 1961-ci ildə anadan olduğunu və ötən il 60 yaşını qeyd etdiyini bildirib. "Güzgüdə özünüzə daimi baxmaq çox vacibdir. Çünki gözünüz bəzi dəyişiklikləri görür".

Andreyeva hesab edir ki, hər gün öz üzərində işləmək daha vacibdir: idman etmək, düzgün yemək və effektiv kosmetik prosedurlar etmək: "Diqqətinizi özünüzü necə görmək istədiyinizə yönəldin, çox idmanla məşğul olun, mehriban olun, insanlara hirslənməyin, əsəblərinizi itirməyin, paxıllıq etməyin və yaxşı krem ​​alın".

Anar Əli
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.