Rusiya

Rusiyanın daha 4 helikopteri və 1 təyyarəsi VURULDU

15 Mart 2022 10:54
0 Şərh     Baxış: 1 114
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ötən gün ərzində Ukrayna Silahlı Qüvvələri Rusiyanın dörd helikopterini, bir təyyarəsini və qanadlı raketini vurub.

Milli.Az modern.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

"Ukrayna xalqının Rusiyanın hərbi işğalına qəhrəmancasına müqavimətinin iyirminci günü başlayıb. Müdafiə qüvvələrinin vəziyyəti, mövqeyi və hərəkətlərinin xarakteri ciddi şəkildə dəyişməyib. Ukrayna Silahlı Qüvvələri qruplaşmalara sarsıdıcı zərbələr endirir", - məlumatda deyilir.

Baş Qərargah hücum əməliyyatında iştirak edən Rusiya qüvvələrinin bütün istiqamətlərində ciddi uğur əldə etmədiyini bildirib.  

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.