Rusiya

"Üçüncü Dünya müharibəsi olsa..." - Lavrovdan şok açıqlama

2 Mart 2022 14:43
0 Şərh     Baxış: 5 337
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Üçüncü Dünya müharibəsi olsa, bu, nüvə savaşı və dağıdıcı olacaq".

Milli.Az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Sanksiyalar məsələsinə toxunan nazir Rusiyanın məhdudiyyətlərə hazır olduğunu deyib:

"Biz sanksiyalara hazır idik, lakin onların idmançılara, jurnalistlərə və mədəniyyət sektorunun nümayəndələrinə qarşı tətbiq ediləcəyini gözləmirdik". O həmçinin Rusiyanın xeyli dostunun olduğunu və onun təcridinin mümkün olmayacağını vurğulayıb.

Qeyd edək ki, fevralın 26-da ABŞ-ın Prezidenti Cozef Bayden Ukraynadakı hadisələrə görə Rusiyaya qarşı genişmiqyaslı sanksiyalara alternativ "Üçüncü Dünya müharibəsi"nin başlanğıcı ola biləcəyini bildirmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.