Rusiya

Kremldən məşhur masa barədə açıqlama

19 Fevral 2022 18:36
Baxış: 1 022
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Prezidenti Vladimir Putinin xarici həmkarları ilə görüşlərinin mühüm hissəsini keçirdiyi Kremldəki oval masa İtaliyada hazırlanıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bunu Prezident Administrasiyasının mətbuat katibi Yelena Krılova bildirib.

Bu masa Putinin Fransa Prezidenti Emmanuel Makronla danışıqlarından sonra mediada maraq doğurub. Belə bir məsafədə dialoq sosial şəbəkələrdə müzakirələrə səbəb oldu. Masanın müəllifi ilə bağlı mətbuatda da xəbərlər yayılıb: bəziləri onun italyan ustalarının işi olduğunu yazıb, bəziləri isə müəllifliyi ispanlara aid edib.

Eyni masa arxasında Putin bu yaxınlarda Almaniya kansleri Olaf Şolz və digər ölkələrin liderləri ilə görüşüb.

Krılovanın sözlərinə görə, bu masa 1996-cı ildən Kremldədir.

"Rusiya Prezidenti Vladimir Vladimiroviç Putinin bir sıra beynəlxalq görüşlərinin keçirildiyi oval masa dövlət başçısının nümayəndəliyindəki bütün mebellər kimi, 30 ildən artıqdır ki, Kremldədir. İtaliya istehsalı olan masanın ölçüləri: uzunluğu 5 metr və eni 2,15 metrdir", - deyə o bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.