Rusiya

Ərinin zarafatı qadının DONUB ÖLMƏSİ ilə nəticələndi

17 Fevral 2022 12:00
0 Şərh     Baxış: 2 003
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Krasnoarmeysk şəhərində bədbəxt hadisə baş verib.

Milli.Az bizim.media-ya istinadən xəbər verir ki, şəhər sakini, 50 yaşlı qadın meşədə donaraq ölüb. Onun ölümünə səbəb ərinin yersiz zarafatı olub.

Araşdırmalar zamanı məlum olub ki, qadın evə gələrkən qapının yanında başqa bir qadına məxsus çanta və bir cüt ayaqqabı görüb.

Əri həyat yoldaşına belə tez gələcəyini düşünmədiyini, evə sevgilisini gətirdiyini deyib. Ərinin zarafatını ciddiyə alan qadın ayaqqabılarını belə soyunmamış ağlaya-ağlaya evi tərk edib.

Ər elə zənn edib ki, xanımı evə döndükdən sonra qonağın qardaşı qızı olduğunu, onlara baş çəkməyə gəldiyini deyərək, xeyli əylənəcəklər.

Lakin bir neçə gün sonra yaxınlıqdakı "Bann" meşəsində qadının donmuş cəsədi tapılıb. Hüquq-mühafizə orqanları hadisənin detallarını araşdırılır. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.