Rusiya Ukraynaya qarşı demək olar ki, Uralın qərbindəki bütün quru qoşunlarını hərəkətə keçirməyə hazırdır.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət katibinin müavini Viktoriya Nuland deyib.
"Rusiyanın hərbi və kəşfiyyat xidmətləri əmr verilərsə, potensial olaraq 2022-ci ilin əvvəlində Ukraynaya qarşı qəti addımlar atmaq potensialını göstərməyə davam edəcək.
Yerləşdirilməsi nəzərdə tutulan qüvvələr əgər tam səfərbər olarsa, keçən yaz gördüyümüzdən iki dəfə çox olacaq - o cümlədən 100-ə yaxın tabor (batalyon) və ya Uralın qərbində yerləşən döyüşə hazır bütün quru qoşunları", - Nuland qeyd edib.
Milli.Az