Paşinyanın son çırpıntıları: Daxili auditoriyanı sakitləşdirməyə çalışır
Ermənistanın baş naziri Nikol Paşinyan müsahibəsində Azərbaycanı Ermənistana münasibətdə aqressiv siyasət yürütməkdə və ya cəngəllik siyasəti aparmaqda ittiham edib. Bəs, 30 il Ermənistanın Azərbaycana qarşı apardığı siyasətin adı nədir? Hələ bu gün də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin ünsürləri qalmaqdadır. Azərbaycanın Qazax rayonunun kəndləri və Naxçıvanın Kərki kəndi Ermənistanın işğalı altındadır.
Paşinyan hökumətinin parlamentə çıxardığı və təsdiq olunduğu sənəddə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları növbəti dəfə təsdiq olunub. Paşinyan öz nitqində Qarabağı yenə də "Artsax" adlandıraraq Azərbaycanın bu bölgəsinin öz müqəddəratını təyin etmə statusuna malik olduğunu bildirir. Bütün bunlar Ermənistanın Azərbaycana qarşı yürütdüyü aqressiv siyasətinin açıq nümunələridir.
Politoloq Elxan Şahinoğlu Trend-ə açıqlaması zamanı Ermənistan baş naziri Nikol Paşinyanın son açıqlamalarının daxili və xarici auditoriyaya hesablandığını qeyd edib.
"Daxili auditoriyanı sakitləşdirməyə çalışır ki, iki gündən sonra Soçidə Ermənistana zidd olan heç bir sənədə imza atmayacaq. Xarici auditoriyaya da mesajı bundan ibarətdir ki, guya Azərbaycan Ermənistana qarşı aqressiv siyasət yürüdür, bu səbəbdən beynəlxalq mərkəzlər böyük dövlətlər Azərbaycana təzyiq göstərməlidir. Zəngəzur dəhlizi ilə bağlı səsləndiriyi fikirlərdə də dəhlizin olmayacağını, ancaq kommunikasiya xətlərinin olacağını bildirir. Əgər dəhliz yox, kommunikasiya xətləri olacaqsa ,bu da Azərbaycan üçün faciəli gedişat deyil. Bu zaman biz də çox rahat bir şəkildə Laçın dəhlizi məsələsini qaldıra bilərik" - deyə, o bildirib
Politoloq qeyd edib ki, əgər Ermənsitan bizə Zəngəzur dəhlizindən istifadə etməyə imkan vermirsə və sərhədçilər Azərbaycan vətəndaşlarının pasportlarını yoxlayacaqsa, biz nə üçün Laçından Ermənsitana dəhliz verməliyik?!
"Soçidə, əslində, sərhədlərin müəyyənləşməsi ilə bağlı kommissiyanın yaradılması, məncə, razılaşdırıla bilər. Kommunikasiya məsələlərində irəliləyiş olsa, bu ətrafda fikir mübadilələri aparılacaq. Lakin Paşinyanın son açıqlamaları məntiqsizdir. Sülh sazişi ilə bağlı onu deyir ki, guya 1991-ci ildə SSRİ dağıldıqdan sonra Ermənistan Azərbaycan ərazi bütövlüyünü tanıyıb. Bu necə tanımaqdır ki, 1991-ci ildən bir-iki il sonra Azərbaycan torpaqları Ermənistan tərəfindən işğala məruz qaldı. Bizə belə dırnaqarası tanınma lazım deyil. Ermənistan qətiyyətli şəkildə Qarabağı da Azərbaycanın ərazisi kimi tanımalıdır. Bu olmadan heç bir sülh sazişindən söhbət gedə bilməz" - deyə, E.Şahinoğlu vurğulayıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Əlcəzair prezidenti Əlcəzair-Azərbaycan enerji sazişini təsdiqləyib
-
Overçuk: “Ermənistanın heç vaxt Rusiyadan başqa qazı olmayacaq”
-
Bakıda ilk dəfə Azərbaycan-ABŞ İqtisadi Dialoqu keçiriləcək
-
Prezidenti İlham Əliyev Xorvatiya Prezidentini təbrik edib
-
Ali Avrasiya İqtisadi Şurasının iclasında Ermənistanla bağlı bəyanat qəbul edilib
-
Bu ölkə liderləri Ermənistanda referendum keçirilməsini dəstəkləyiblər
XƏBƏR LENTİ
-
Millinin qapıçısından Şahruddinə xüsusi hədiyyə - FOTO
-
Roza Zərgərli Kadırovla görüşdü - FOTO
-
Cüdoçularımız Avropa Kubokunun son günündə dörd medal qazanıblar
-
Bir gündə 35 milyard dollar qazanmaq: Dell-in yüksəlişi milyarderlər siyahısını alt-üst etdi
-
Manqalda dana ətini yumşaq etməyin 4 yolu
-
Bakı səmasında indilərdə
-
Müəllim vəfat etdi - FOTO
-
Joze Mourinyonun "Real Madrid" planı
-
Hacıqabulda 66 yaşlı kişidən qadın turistə qeyri-etik davranış - VİDEO
-
Oğlunun sürprizi onu kövrəltdi
-
Myanmada dəhşətli partlayış - 46 nəfər öldü - VİDEO
-
Güləş üzrə Azərbaycan çempionatında dava - VİDEO
-
Dünya ulduzu ərə getdi - FOTO
-
Sərhədsiz energetika: Bakı dünya energetikasının gələcəyinin müzakirə meydanına çevrilir
-
Əlcəzair prezidenti Əlcəzair-Azərbaycan enerji sazişini təsdiqləyib
-
Arda mövsümün ən yaxşısı seçildi
-
“Toyota Prius” 15 yaşlı qızı vurdu - FOTO
-
Uruqvay millisinin DÇ-2026 üçün heyəti açıqlandı
-
Nizami Gəncəvinin abidəsi təhqir olundu - VİDEO
-
Çempionlar Liqasında mövsümün ən yaxşı oyunçusu bilindi
-
Tramp İranla razılaşmanın şərtlərini sərtləşdirib
-
"Arsenal" yeni qapıçı hədəfə aldı
-
Overçuk: “Ermənistanın heç vaxt Rusiyadan başqa qazı olmayacaq”
-
Fransada saxlanılanların sayı 780 nəfərə çatıb





