Siyasət

Azərbaycanla Çin arasında məhkumların verilməsi haqqında protokol imzalanıb

6 Noyabr 2021 12:21
Baxış: 416

5 noyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Xələf Xələfov və Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri xanım Qo Min arasında görüş keçirilib.

Xarici İşlər Nazirliyindən Milli.Az-a bildirilib ki, görüş zamanı "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında məhkumların verilməsi haqqında Müqavilə" ilə əlaqədar ratifikasiya sənədlərinin mübadiləsi həyata keçirilib və müvafiq Protokol imzalanıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.