Siyasət

Siyasi partiyaların maliyyələşməsinə ayrılan vəsaitin məbləği açıqlanıb

5 Noyabr 2021 12:12
0 Şərh     Baxış: 682

Gələn il Milli Məclisdə deputatların təmsil olunduğu siyasi partiyaların maliyyələşməsinə ayrılan vəsaitin məbləği müəyyənləşib.

Milli.Az xəbər verir ki, bu məsələ "2022-ci il dövlət büdcəsi zərfi haqqında" qanun layihəsində əksini tapıb.

Sənəddə qeyd edilib ki, VI çağırış Milli Məclisində deputatları təmsil olunan siyasi partiyaların fəaliyyətinin maliyyələşdirilməsi üçün 5 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub. Bu da ötən illə müqayisədə 1 milyon manat və ya 25 % çoxdur.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.