Siyasət

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev İranın səfiri ilə görüşüb

13 Sentyabr 2021 23:30
Baxış: 810

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İran İslam Respublikasının Azərbaycandakıfövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi ilə görüşüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Hikmət Hacıyev görüşlə bağlı tviter səhifəsində paylaşım edib.

"Bizi ziyarət etdiyiniz üçün sizə təşəkkür edirəm. Həqiqətən də gündəlikdəki ikitərəfli məsələlər üzrə səmərəli müzakirələr apardıq və gələcək perspektivləri nəzərdən keçirdik", deyə Prezidentin köməkçisi vurğulayıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.