Siyasət

Nizam Osmanov “Beynəlxalq Ordu Oyunları - 2021” yarışlarının açılışında iştirak edib - VİDEO - FOTO

24 Avqust 2021 12:09
Baxış: 1 138

Moskva şəhərində səfərdə olan Azərbaycan Respublikasının müdafiə nazirinin müavini - Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov avqustun 23-də "Beynəlxalq Ordu Oyunları-2021" yarışlarının təntənəli açılış mərasimində iştirak edib.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, nazir müavini, həmçinin Alabino hərbi poliqonunda keçirilən "Tank biatlonu" müsabiqəsində iştirak edən hərbi qulluqçularla görüşüb və yarışlarda onlara uğurlar arzulayıb.

"Beynəlxalq Ordu Oyunları - 2021" çərçivəsində yaradılan "Dostluq Evi"ndə təşkil olunan sərginin Azərbaycana aid bölməsində milli-mənəvi dəyərləri özündə əks etdirən və tarixi köklərə bağlanan müxtəlif eksponatlar və ədəbiyyat ilə tanış olan nazir müavini yaradıcı kollektivə uğurlar diləyib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.