Siyasət

Paşinyan “yorulub”, istirahətə gedir

20 Avqust 2021 10:58
1 Şərh     Baxış: 1 716

Ermənistanın baş naziri Nikol Paşinyan ailəvi istirahətə yollanmağa hazırlaşır.

Milli.Az "Joxovurd"a istinadən bildirir ki, o, ailəvi istirahət məkanı qismində Rusiyanın Soçi şəhərini seçib.

Avqustun 26-da istirahətə yollanacaq N.Paşinyanın seçiminin niyə məhz Soçi olması sual doğurur. Yəqin ki, o, bu qərarı ilə Rusiyaya "xüsusi ilıq və sayğılı" münasibətininin olduğunu Kremlin nəzərinə çatdırmaq istəyir.

N.Paşinyanın mətbuat xidmətinin rəhbəri Mane Gevorkyan olayla bağlı sualları cavablamayıb.

Avqustun 24-də N.Paşinyan Ermənistan parlamentində çıxış edərək hökumətin fəaliyyət proqramından danışmalıdır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.