Ermənilərin bütün ideologiyası nifrət, saxta tarix yaratmaq üzərində qurulub - Fərəh Əliyeva
Ermənilərin bütün ideologiyası nifrət, saxta tarix yaratmaq üzərində qurulub.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, İşğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahın nəzdindəki İdarələrarası Mərkəzin elm, təhsil və mədəniyyət məsələləri üzrə işçi qrupunun rəhbəri Fərəh Əliyeva deyib.
Onun sözlərinə görə, hər günü Azərbaycan xalqının tarixinə böyük qəhrəmanlıq salnaməsi kimi düşən 44 günlük müharibə Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Ordumuzun parlaq qələbəsi ilə başa çatıb. Bilirsiniz ki, müharibə başa çatan kimi dövlət başçısı işğaldan azad edilmiş ərazilərimizdə bərpa quruculuq işlərinin xüsusi vüsətlə getməsi, məhz quruculuq işlərinin, yenilməzlik ruhumuzu təsdiq edən böyük qayıdış planına start verib.
F.Əliyeva bildirib ki, bütün bu məsələləri əlaqələndirilmiş şəkildə həyata keçirmək üçün dövlət başçısının Sərəncamı ilə işğaldan azad olunmuş ərazilərdə aparılan sosial-iqtisadi, humanitar, bərpa-quruculuq məsələləri mərkəzləşmiş qaydada fəaliyyəti təmin etmək üçün Əlaqələndirmə Qərargahı yaradılıb: "Bu Qərargah nəzdində idarəetmənin daha çevik aparılması üçün mərkəz yaradılıb. Mərkəzdə müxtəlif işçi qruplar fəaliyyət göstərir. Onlardan biri də elm, təhsil və mədəniyyət məsələləri üzrə işçi qrupudur. Prezident Sərəncamı noyabrda verilib, yəni qələbəmizdən bir neçə gün sonra. Bu müddət ərzində orada aparılacaq işlərin planlaşdırılması, perspektivləri, layihələndirmə istiqamətli xeyli iş görülüb. Biz bu işləri daha dəqiq aparmaq üçün işğaldan azad olunmuş torpaqlarda işçi qrupların iclaslarını keçiririk. Dünən biz Ağdamda olmuşuq, kifayət qədər bilgi toplaya bilmişik. Ağdamın tarixi yerlərində olmuşuq, mədəni abidələrinə baxmışıq. Sözün düzü, Ağdamda gördüklərimiz bizi çox sarsıtdı. Vaxtilə Azərbaycanın ən gözəl, inkişaf etmiş çiçəklənən şəhərindən demək olar ki, heç nə qalmayıb. Amma biz inanırıq ki, tarixi yaddaşımızda Ağdam necə qalıbsa, gələcəyimizin də çox parlaq şəhəri olacaq. Ağdamda İmarət Kompleksinə baxdıq, Şahbulaqda olmuşuq, Qiyaslı məscidində, Ağdam Cümə məscidində olmuşuq. Bildiyiniz kimi, cənab Prezident səfərdə olanda bir çox layihələrə artıq imza atıb, xüsusi göstəriş verib. Bunların arasında möhtəşəm Zəfər parkı olacaq, İşğal muzeyi çox orijinal konsepsiyaya malik olacaq. Biz onların hamısına baxış keçirdik, fikir mübadiləsi apardıq. İşçi qrupun tərkibində alimlər, mütəxəssislər var. Aidiyyəti üzrə orada iş aparan dövlət qurumların nümayəndələri var.
Ağdamdan sonra Şuşada olmuşuq, Şuşa bildiyiniz kimi, Azərbaycanın mədəniyyət paytaxtıdır. Orada şəhər dövlət qoruğu yaradılıb. Şuşada yüzlərlə mədəni-dini abidələrimiz var. Bu abidələr artıq prioritetləşdirilir, yəni invertarlaşması tam bitib. Biz onların hamısına baxış keçirmişik, Ağdamın da tarixi məhəllələrinə baxmışıq, orada artıq bərpa-quruculuq işləri aparılır. Bütün kompleks tədbirlər müzakirə olunub, onların hamısı toplanacaq, müəyyən bir rəy təqdim olunacaq.
Hadrutda da alban məbədinə getdik, ermənilərin bütün ideologiyası nifrət, saxta tarix yaratmaq üzərində qurulub, özününkü olmayanı özününküləşdirmək olub. Bu baxımdan, təbii ki, bizim alimlərimizin, memarlarımızın, arxeoloqlarımızın üzərinə böyük iş düşür. Biz Ağdamda Üzərliktəpədə də olduq. Yaxın günlərdə orada da qazıntı işlərinə başlanacaq. Bir sözlə, İşçi qrupu olaraq bu işlərin sadəcə icrasına məsul olan məmur kimi yanaşırmırıq, bunlar hamısı bizim vətəndaşlıq borcumuzdur. O torpaqlarda şəhidlər vermişik, bu torpaqlar şəhidlərin qanı-canı bahasına alınıb. Ona görə də bu, bizim vicdan borcumuzdur ki, tez bir zamanda dövlət başçısının dediyi kimi, Qarabağı cənnətə çevirək".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Mədəni irsin qaytarılması gündəliyi: Gəncə qapıları üçün də ədalət vaxtıdır
-
İnklüziv çoxtərəflilik milli suverenliyin qorunması və iqtisadi tərəqqi üçün vacibdir - Ceyhun Bayramov - (Foto)
-
Ceyhun Bayramov İƏT Nazirlər Şurasının iclasında Azərbaycan-Ermənistan sülh prosesindən danışıb - (Foto)
-
Ceyhun Bayramov Nyu-Yorkda TDT iclasına sədrlik etdi - (Foto)
-
Prezident İlham Əliyev Qazaxıstan Prezidentinə başsağlığı verib
-
Prezident İlham Əliyevin qəbul etdiyi “Neuberger Berman” şirkəti hansı sahədə fəaliyyət göstərir?
XƏBƏR LENTİ
-
Bakıda ev qiymətinə “07” satılır - (Foto)
-
“İçərişəhər”də hərəkətin təşkili kameralarla tənzimlənəcək - (Video)
-
Zarina uşaqlıq arzusunu gerçəkləşdirdi
-
Rusiyada xaricilərin hərbi xidmət qaydaları dəyişdirildi
-
Keti Perri Bakıda bayrağımızı dalğalandırdı - (Foto/Video)
-
Lənkəranda uşaq fiziki zorakılığa məruz qalıb - təfərrüat - (Video)
-
Günün qoroskopu: Fürsətlərlə dolu bir gündür
-
Kənar dairəvi yoldakı qəzanın anbaan (Videosu)
-
Zelenskinin Ofisi Trampın təklifi barədə məlumatı təkzib edib - Yenilənib
-
“Gecələr yuxumu qaçıran təhlükə...” - ÜST rəhbərindən xəbərdarlıq
-
Hakan Sabancı Bakıda - (Video)
-
Azərbaycanda korrupsiya barədə məlumat verənlərə mükafat veriləcək
-
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
-
Səidcəmşid Cəfərov Avropa çempionu olub
-
Metroda kişi qatar yoluna tullanıb
-
Deniz Baysal boşandı - (Foto)
-
İçərişəhər avtomobillər üçün məhdudlaşdırılır? - rəsmi açıqlama
-
Bill Qeyts: Süni intellekt 1 milyard insanın ölümünə səbəb ola bilər
-
Mədəni irsin qaytarılması gündəliyi: Gəncə qapıları üçün də ədalət vaxtıdır
-
Bakıdakı investisiya forumunda iqtisadiyyatın şaxələndirilməsi və Orta Dəhlizin rolu müzakirə olunur
-
Türkiyənin "Adriana Lima"sı saxlanıldı - (Foto)
-
Ali rütbə alan İsmayılov bu tanınmış şəxsin qardaşıdır
-
İnklüziv çoxtərəflilik milli suverenliyin qorunması və iqtisadi tərəqqi üçün vacibdir - Ceyhun Bayramov - (Foto)
-
Biran Damla Yılmaza 6 ay həbs cəzası verildi





