XİN-də Pol Qavanla görüş keçirilib
26 iyul 2021-ci il tarixində xarici işlər nazirinin müavini Elnur Məmmədov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin üzvü, "Ermənistan və Azərbaycan arasında münaqişənin humanitar nəticələri" mövzusunda hazırlanacaq hesabatın məruzəçisi Pol Qavanın Azərbaycana səfəri çərçivəsində onunla görüşüb.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüş zamanı hazırlanacaq hesabatın əsas mövzusu, qarşıda duran məsələlərin siyasi həlli üçün perspektivləri, beynəlxalq ictimaiyyətin proseslərə cəlb olunması, Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin dünyada mina ilə "çirkləndirilmiş" əsas ərazilərdən olması, məcburi köçkünlərin öz torpaqlarına qayıtması kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
AŞPA məruzəçisi Pol Qavan hazırladığı hesabatın münaqişənin məhz humanitar nəticələrini əks etdirməyə yönələcəyini diqqətə çatdırmış, səfəri çərçivəsində mümkün qədər ətraflı məlumat əldə edib hesabatın hərtərəfli hazırlanmasına səy göstərəcəyini qeyd edib.
Nazir müavini Elnur Məmmədov, eyni zamanda İrlandiya Senatının üzvü olan AŞPA deputatı Pol Qavanın yekun hesabatda sözügedən münaqişənin ağır nəticələri, Birinci Qarabağ müharibəsindən 4000-dək Azərbaycanlının itkin düşdüyü, bu dövr ərzində Azərbaycanlıların Ermənistan ərazisində və işğal edilmiş Azərbaycan ərazilərində etnik təmizlənməyə məruz qaldığı, nəticədə1 milyonadək Azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyinin diqqət yetirilməli məqamlar olduğunu vurğulayıb.
Məcburi köçkünlərin öz torpaqlarına qayıtması ilə bağlı hazırda əsas iki problemin - ermənilərin işğal dövründə Azərbaycan torpaqlarında bütün yaşayış infrastukturunu dağıdıb viran qoyduqları və bu ərazilərdə həm işğal dövründə, həm də 44 günlük müharibədən sonra Azərbaycan torpaqlarını tərk edərkən minalar yerləşdirdiyi, məhz bu səbəblərdən məcburi köçkünlərin öz yurdlarına təhlükəsiz şəraitdə qayıtması üçün müəyyən müddət tələb olunduğu - mövcud olduğu qarşı tərəfin diqqətinə çatdırılıb. Nazir müavini, beynəlxalq ictimaiyyətin bütün mina xəritələrini təqdim etməsi üçün Ermənistana təzyiq etməklə bu məsələdə yardımçı ola biləcəyini vurğulayıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Mədəni irsin qaytarılması gündəliyi: Gəncə qapıları üçün də ədalət vaxtıdır
-
İnklüziv çoxtərəflilik milli suverenliyin qorunması və iqtisadi tərəqqi üçün vacibdir - Ceyhun Bayramov - (Foto)
-
Ceyhun Bayramov İƏT Nazirlər Şurasının iclasında Azərbaycan-Ermənistan sülh prosesindən danışıb - (Foto)
-
Ceyhun Bayramov Nyu-Yorkda TDT iclasına sədrlik etdi - (Foto)
-
Prezident İlham Əliyev Qazaxıstan Prezidentinə başsağlığı verib
-
Prezident İlham Əliyevin qəbul etdiyi “Neuberger Berman” şirkəti hansı sahədə fəaliyyət göstərir?
XƏBƏR LENTİ
-
Yeməyi "qazanla soyuducuya qoymayın" xəbərdarlığı
-
Mandarin alarkən mütləq bu işarəyə baxın: Şirin və şirəli olanı belə bilinir
-
Bu 3 tarixdə doğulanların payızda həyatı dəyişəcək
-
Bədənin əsl yaşı gözlərdə gizli imiş
-
Qrip və soyuqdəymə zamanı sağalmanı tezləşdirən qidalar
-
Tam buğda və ya qarabaşağı unudun: Ən sağlam un ortaya çıxdı
-
Bəxt və uğur üçün hər gün deyilməli olan 5 söz
-
Bakıda ev qiymətinə “07” satılır - (Foto)
-
“İçərişəhər”də hərəkətin təşkili kameralarla tənzimlənəcək - (Video)
-
Zarina uşaqlıq arzusunu gerçəkləşdirdi
-
Rusiyada xaricilərin hərbi xidmət qaydaları dəyişdirildi
-
Keti Perri Bakıda bayrağımızı dalğalandırdı - (Foto/Video)
-
Lənkəranda uşaq fiziki zorakılığa məruz qalıb - təfərrüat - (Video)
-
Günün qoroskopu: Fürsətlərlə dolu bir gündür
-
Kənar dairəvi yoldakı qəzanın anbaan (Videosu)
-
Zelenskinin Ofisi Trampın təklifi barədə məlumatı təkzib edib - Yenilənib
-
“Gecələr yuxumu qaçıran təhlükə...” - ÜST rəhbərindən xəbərdarlıq
-
Hakan Sabancı Bakıda - (Video)
-
Azərbaycanda korrupsiya barədə məlumat verənlərə mükafat veriləcək
-
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
-
Səidcəmşid Cəfərov Avropa çempionu olub
-
Metroda kişi qatar yoluna tullanıb
-
Deniz Baysal boşandı - (Foto)
-
İçərişəhər avtomobillər üçün məhdudlaşdırılır? - rəsmi açıqlama





