Siyasət

Ermənistana buraxılan 15 erməni hərbçinin SİYAHISI

3 İyul 2021 23:34
Baxış: 2 129

Bakıdan saəmaya qalxan və göyərtəsində 15 erməni hərbçi olan təyyarə İrəvandakı "Erebuni" hava limanında yerə enib.

Milli.Az Ermənistan mediasına istinadən bildirir ki, onları Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanı, general-mayor Rüstəm Muradov müşayiət edib.

Ermənistana verilmiş erməni hərbçilərin siyahısı belədir: Aslanyan Yegiş Ohanesoviç, Manukyan Andranik Tiqranoviç, Gevorkyan Robert Ovikoviç, Poqosyan Armen Yegizari, Qasparyan Qor Vaqramini, Sefilyan Kamo Karenoviç, Hakobyan Volodya Qaqiqoviç, Asartyan Gevorq Norairoviç, Yengoyan Sisak Qrişai, Petrosyan Albert Komieviç, Sedrakyan Romik Misakini, Minasyan Aram Qarnikoviç, Minasyan Mkrtıç Simonoviç, Maxtesyan Edqar Vaçaqanoviç və Karapetyan Yuri Tiqranoviç.

Onların hamısı Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 6 ay müddətinə azadlıqdan məhrum olunma cəzası almışdılar. Cəzanın müddəti bitdiyi üçün 15 erməni hərbçi Ermənistana təhvil verilib.

Xatırladaq ki, erməni hərbçilərin 15 nəfərdən ibarət ilk qrupu iyunun 12-də Ermənistana verilmişdi.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.