Siyasət

Antalyada Ceyhun Bayramov ilə Türk Şurasının Baş katibi arasında görüş olub

18 İyun 2021 18:58
Baxış: 495

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov iyunun 18-də Antalyada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi (Türk Şurası) Bağdad Amreyev ilə görüşüb.

Milli.Az xəbər verir ki, görüş Antalya Diplomatiya Forumu çərçivəsində baş tutub.

Görüşdə türk dünyasında əlaqələrin inkişafı və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.