Siyasət

Britaniya Azərbaycanla işləməyə davam edir - Səfir

8 İyun 2021 13:51
Baxış: 575

Britaniya münaqişənin ölümcül qalıqlarını aradan qaldırmaq üçün azərbaycanlı həmkarları ilə işləməyə davam edir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp tvitter səhifəsində yazıb.

Səfir bildirib: "Keçən cümə Kəlbəcərdən gələn faciəvi xəbər hamımızı kədərləndirdi. Mina partlaması zamanı yaralanan və həlak olanların yaxınlarına və ailələrinə dərin hüznlə başsağlığı veririk. Britaniya münaqişənin ölümcül qalıqlarını aradan qaldırmaq üçün azərbaycanlı həmkarları ilə işləməyə davam edir".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.