Siyasət

Paşinyandan nəqliyyat dəhlizinin açılması ilə bağlı açıqlama

29 May 2021 20:48
Baxış: 2 414

"Mövcud şəraitdə yolların blokdan çıxarılması təhlükəlidirmi və bu baxımdan Azərbaycana etibar etmək olarmı?".

Milli.Az konkret.az-a istinadən xəbər verir ki, bu sualla bir qrup erməni vətəndaşı Nikol Paşinyana müraciət edib.

Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Azərbaycanla bütün nəqliyyat yollarının açılmasını evdən çıxan adamın gün vurması ilə müqayisə etdi.

"Təəssüf ki, müasir həyatda təhlükəsiz bir şey yoxdur. İndi sual oluna bilər, evdən çıxmaq təhlükəlidir, ya yox? Əlbəttə ki, təhlükəlidir. Həmçinin evdə qalmağın də öz təhlükəsi var. Evdə qalsaq, orada da təhlükə olacaq".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.