"Gürcüstan Azərbaycan dostluğundan qıcıqlanan qüvvələr var"
"Pandemiyanın ən çətin vaxtlarında Gürcüstanın tibbi oksigenə ehtiyacı olduğu vaxt Azərbaycan Tbilisiyə kifayət qədər oksigen balonu göndərdi".
Bunu Milli.Az-a açıqlamasında geosiyasət və konfliktologiya üzrə fəlsəfə doktoru Fərhad Hüseynov deyib.

O bildirib ki, Dmanisidə baş verənlər düşmənlərimizi ancaq sevindirə bilər:
"44 günlük Vətən müharibəsi zamanı da Gürcüstan öz sərhədlərindən Ermənistan ərazisinə hərbi yüklərin daşınmasına icazə verməməklə dəstəyini nümayiş etdirdi. Amma bu sirr deyil ki, Azərbaycan heç vaxt Gürcüstandan yardım əlini əsirgəməyib, dəstək olub.
Heç kəsə sirr deyil ki, Azərbaycan elektrik enerjisi, təbii qaz baxımından da Gürcüstanın korluq çəkməsinə imkan verməyib, dəstəkləyib. Eyni zamanda Gürcüstan regional layihələrə cəlb olunub, nəqliyyat dəhlizləri inkişaf etdirilib, qaz-neft boru kəmərləri o ərazilərdən çəkilib. Bütün bu layihələr Gürcüstana xeyirdən başqa heçnə gətirməyib. Ona görə, Azərbaycanın Gürcüstan üçün rolu çox böyükdür, Azərbaycan Gürcüstana çox böyük xeyir verir.
Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli əməkdaşllıq platforması var. Bu üçtərəfli əməkdaşlıq həm hərbi sahədə baş verir. Və hesab edirəm ki, bu əməkdaşlığın inkişafında elə ən çox Gürcüstan maraqlıdır. Çünkü Azərbaycanla Türkiyə arasında 2010-cu ildən ikitərəfli hərbi yardım haqqında müqavilə var, Azərbaycan Türkiyə ilə müttəfiqdir.
Gürcüstanın Dmanisi rayonunda azərbaycanlılarla gürcülər arasında baş verən məişət səviyyəli insident siyasi müstəviyə gəlib çıxmamalıdır. Çünkü bizim dostluğumuzdan qıcıqlanan, bu dostluğa qarşı olan qüvvələr var. Onlar həmişə istəyirlər ki, bu cür məsələləri şişirtsin, hansısa bir siyasi səviyyəyə gətirib çıxartsın. Biz elə bir coğrafi məkanda yerləşmirik ki, ya heç kim yoxdur, ya da hərkəs dostdur. Bizim rəqiblərimiz var, düşmənimiz var. Bu düşmən də indiyənə qədər də başa düşmür ki, yeni situasiya yaranıb, Azərbaycanla əməkdaşlıq etsə özünə xeyir olacaqdır. Ona görə də ola bilər ki, bu insidentdə düşmənlərin də bir rolu var. Düzdür, fərziyədir, amma aydındır ki, bu cür hallar düşmənin xoşuna gəlir və bu cür hadisələri xeyirinə istifadə edə bilər.
Bu insidentdə qarşı tərəfdən iştirak edənlər unutmasınlar ki, Azərbaycan pandemiyanın çətin məqamlarında Gürcüstanı xəstəlikdə qurtarmaq üçün ilk yardım əlini uzadan ölkə oldu. Güman edirəm ki, bu məişət səviyyəsində olan insident bununla da bitəcəkdir".
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Deputat Sevil Mikayılova Aruşada IPU-nun İcraiyyə Komitəsinin iclasında iştirak edib - (Foto)
-
Millət Vəkili Sevil Mikayılova IPU-nun 153-cü Assambleyasında məruzə ilə çıxış edib - (Video/Foto)
-
Prezident İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Foto/Video)
-
Prezident İlham Əliyevin çıxışı Azərbaycanın yeni təhlükəsizlik konsepsiyasını ortaya qoyur - Sahil Kərimli
-
Prezident İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Video/Foto)
XƏBƏR LENTİ
-
Alim Qasımovdan Pünhana cavab: "Onu aldadıblar, durub danışıb"
-
İsa Həbibəyli iki xanıma yüksək vəzifə verdi - (Foto)
-
Zəngəzurda saxlanılan azərbaycanlı hərbçi İrəvana aparıldı
-
Azad edilən torpaqlarda çalışan müəllimlərlə görüş keçirilib - (Foto)
-
"Güləndə vicdan əzabı çəkirdim ki, utanmıram, niyə gülürəm?" - İlhamə Qasımova
-
Ardanın qiyməti rekorda qalxdı
-
Şəhidimizin adını daşıyan gəmi dronla vuruldu: Həlak olanlar Azərbaycan vətəndaşlarıdır - Təfərrüat - (Foto/Video)
-
"Belə kişidən boşanmaq lazımdır" - Nigar Mahmudova
-
Haqsızlıq görəndə susmurlar: Ədalət duyğusu ən güclü olan 3 bürc
-
Prezident İlham Əliyevin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
İlie Datku vəfat edib
-
Deputat Sevil Mikayılova Aruşada IPU-nun İcraiyyə Komitəsinin iclasında iştirak edib - (Foto)
-
“Yaprak dökümü”nün Hayriyesinin son halı - (Foto)
-
Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır
-
General Nizami Məmmədov haqda yekun qərar verildi
-
Bakıda məktəbli qətlə yetirilib, sinif yoldaşı tutulub
-
Lətif Kərimovun 120 illik yubileyi Vyanada “Azərxalça” ASC-nin xüsusi xalça sərgisi ilə qeyd olunub - (Foto)
-
“Numizmatik irsdə təbiət izləri: Orta əsr sikkələrində fauna təsvirləri” adlı mühazirə keçirilib - (Foto)
-
Sabah leysan olacaq, çaylardan sel keçəcək
-
Yağışlar bu yolu bağladı - 8 kəndə gediş-gəliş çətinləşdi
-
Bakıda iti binadan atan şəxs həbs edildi
-
Tofiq Əliyev Böyük Britaniyada iki qızıl medal qazanıb - (Foto)
-
Rusiya Xarkovu vurdu
-
Polis yük maşınını saxladı, içərisindən qadın meyitləri çıxdı





