Siyasət

Prezident İlham Əliyev Ordubad dəmir yolu stansiyasında görülən işlərlə tanış olub - FOTO

10 May 2021 13:22
Baxış: 1 003

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ordubad dəmir yolu stansiyasında aparılan yenidənqurma işləri ilə tanış olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dövlətimizin başçısına stansiya barədə məlumat verdi.

Bildirildi ki, Naxçıvan Muxtar Respublikasında aparılan quruculuq işləri dəmir yolu sistemini də əhatə edib, sərnişin vağzalı binaları, inzibati və texniki binalar yenidən qurulub, müasir dəmir yolu infrastrukturu, hərtərəfli iş və xidmət şəraiti yaradılıb. İnfrastrukturun daim yenilənməsi, xidmətin səviyyəsinin yüksəldilməsi dəmir yolu nəqliyyatından istifadə edənlərin sayını artırıb. Dəmir yolu təsərrüfatında aparılan quruculuq işlərinin davamı olaraq Ordubad sərnişin vağzalı və yol sahəsi üçün yeni inzibati binalar tikilib, stansiyanın İdarəetmə Mərkəzi, yük anbarı və yarımstansiya binası əsaslı şəkildə yenidən qurulub. Stansiyanın 2-ci qəbul-göndərmə yolu, sərnişin platformaları da yenilənib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.