Ceyhun Bayramov “TRACECA”nın Baş katibi Aset Asavbayev ilə görüşüb
Xarici işlər naziri Ceyhun Bayramov "TRACECA" Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin Baş katibi Aset Asavbayev ilə görüşüb.
Xarici İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, nazir Ceyhun Bayramov həmsöhbətinə münaqişə sonrası bölgədə yaranan yeni reallıqlar, o cümlədən nəqliyyat sahəsində yaranan imkanları barədə ətraflı məlumat verib. İşğal faktorunun aradan qaldırılması ilə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasından danışmağın mümkün olduğunu söyləyən nazir, o cümlədən nəqliyyat və kommunikasiya xətlərinin açılmasının nəzərdə tutulduğu 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci üçtərəfli bəyanatlarının icra edilməsinin əhəmiyyətini vurğulayıb. Ceyhun Bayramov bölgənin uzun müddətli iztirablardan keçdiyini və dayanıqlı sülhə ehtiyac duyduğunu qeyd edib və bu xüsusda, bölgə ölkələri tərəfindən həyata keçiriləcək birgə iqtisadi və nəqliyyat layihələrinin sülhü dönülməz edəcəyini səsləndirib.
Baş katibi Aset Asavbayev Azərbaycan xalqını münaqişənin bitməsi və post-münaqişə mərhələsinə qədəm qoyması münasibətilə təbrik edib. Bu mərhələdə nəqliyyat xətlərinin genişləndirilməsi yolu ilə böyük layihələrin həyata keçirilməsi üçün TRACECA qarşısında geniş imkanların açıldığı vurğulanıb. Baş katib Avropa-Qafqaz-Asiya beynəlxalq nəqliyyat dəhlizinin inkişafı üzrə razılaşma, daimi katibliyin fəaliyyəti, ötən il üzrə fəaliyyətin nəticələri və irəli sürülən yeni təşəbbüslər, habelə fəaliyyət coğrafiyasının genişlənməsi, Avropa İttifaqı ilə əməkdaşlıq və digər məsələlərlə bağlı məlumat təqdim edib.
Tərəflər, Avropa-Qafqaz-Asiya beynəlxalq nəqliyyat dəhlizinin "TRACECA" fəaliyyətinin regional və beynəlxalq müstəvidə dəstəklənməsi üçün müvafiq tədbirlərin həyata keçirilməsinə razılıq ifadə ediblər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan XİN Səudiyyə Ərəbistanına başsağlığı verdi
-
Azərbaycan parlament nümayəndə heyəti Kiyevə səfər edəcək
-
Arif Heydərov - Ömrün 7 anı...
-
Ceyhun Bayramovla Hakan Fidan arasında telefon danışığı olub
-
Azərbaycan XİN Cibutinin təbrik etdi
-
Azərbaycan təmsilçisi yenidən BMT-nin CEDAW Komitəsinin üzvü seçilib
XƏBƏR LENTİ
-
Azərbaycan cüdoçuları Avropa Açıq Turnirini dörd medalla başa vurublar
-
Rusiya ordusu irəliləyir, 8-9 km qalıb - Putin
-
Qiymə alarkən paketin altına diqqət edin, təhlükə mənbəyi ola bilər
-
Böyük Qafqaz dağlarında sıldırımdan yıxılan alpinist xilas edilib (Video)
-
Günün qoroskopu: İnsanlar sizin enerjinizdən təsirlənəcək
-
Əhvalım çox pisdir - Ofeliya Sənani
-
Türkiyə Montella ilə bağlı qərarını verdi
-
Sabah Nizami rayonunda işıq olmayacaq
-
Duş kabin şüşələrini güzgü kimi parladan və ərpdən təmizləyən təbii üsul
-
DÇ-dən kənarlaşdılar, çarter reysləri ləğv olundu
-
"8-ci kilometr bazarı"nda satıcılara ərazini tərk etmək tapşırıldı
-
Çində 5,2 bal gücündə zəlzələ baş verib
-
Cənubi Koreya prezidenti millinin rəhbərliyini sərt tənqid etdi
-
Argentinalı futbolçu ailəsini zəlzələdə itirdi
-
Babək rayonunda ağır qəza - üç nəfər xəsarət alıb (Foto)
-
Şair Məmməd İsmayılın qəbirüstü abidəsi ucaldılıb (Foto)
-
Tut mürəbbəsi resepti
-
Berlində vəziyyət acınacaqlıdır
-
Venesuelada zəlzələ nəticəsində 60 min bina dağılıb
-
Daha bol məhsul üçün yayda budanmalı olan 7 meyvə ağacı
-
Faciəvi şəkildə ölən Nəsimi tələbə imiş (Foto)
-
Azərbaycan XİN Səudiyyə Ərəbistanına başsağlığı verdi
-
Yevlaxda yük vaqonunda yanğın olub - (Foto)
-
Tahinin əsas faydaları





