"Fransanın dövlət rəsmilərinin Ermənistana dəstək çağrışları qəbuledilməzdir"
Fransanın bir dövlət kimi tarix boyu erməniləri, Ermənistanı dəstəkləməsi hamıya məlumdur. ATƏT-in Minsk Qrupunun üç həmsədr dövlətlərindən biri olan Fransa həmişə Ermənistanı dəstəkləmişdir. Fransa bu ədalətsiz mövqeyini 27 sentyabr 2020-ci il tarixdə başlayan 44 günlük Vətən müharibəsi zamanı və müharibədən sonrakı dövrdə daha açıq-aşkar nümayiş etdirir.
Fransanın dövlət rəsmiləri tərəfindən Azzərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistana dəstək verən bəyanat və açıqlamalar verilmiş, parlament səviyyəsində qərarlar qəbul edilmişdir. Həmsədr ölkə kimi Fransanın bu ədalətsiz, qeyri-obyektiv mövqeyi haqlı olaraq, Azərbaycan cəmiyyətində onun həmsədr dövlət kimi tərəfsizliyinə inamsızlıq yaratmışdır. Azərbaycan dəfələrlə bəyan etmişdir ki, Fransa dövlətinin işğalşı və təcavüzkar bir ölkə olan Ermənistanı dəstəkləməsi beynəlxalq hüququn norma və prinsiplərinə zidd olmaqla yanaşı, Avropa İttifaqının xarici və təhlükəsizlik siyasəti üzrə srtategiyası, o cümlədən Avropa İttifaqı Şurasının dövlətlərin ərazi bütövlüyü barədə 2016-cı ildən bəri ardıcıl qəbul etdiyi müvafiq sənədlər üzrə Fransanın üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır.
Azərbaycan ictimayyətinin və dövlətinin ciddi etirazlarına baxmayaraq, 25 noyabr 2020-ci il tarixdə Fransa Senatı " Dağlıq Qarabağın tanınmasının zərurəti haqda" qətnamə qəbul etmişdir. Bundan bir neçə gün sonra 3 dekabr 2020-ci il tarixdə Fransa Milli Assambleyası "Erməni xalqının və Avropa və Şərqin xristian icmalarının qorunması" adlı qətnaməni təsdiq etmişdir.
2020-ci il noyabr ayının 26-da Azərbaycan Respublikasının Milli Məclisi Fransa Senatında Dağlıq Qarabağın tanınmasını təklif edən qətnamə qəbul edilməsinə etiraz olaraq bəyənat qəbul etmişdir. Fransanın qərəzli, qeyri-obyektiv mövqeyi ilə əlaqədar Azərbaycan cəmiyyətində etiraz doğuran bu məsələlər müxtəlif vaitələrlə Fransanın müvafiq rəsmi qurumlarına çatdırılmışdır.
Azərbaycanın münasibətləri normallaşdırmaq təşəbbüsünə baxmayaraq, Fransanın dövlət rəsmiləri ölkəmizlə münasibətlərə ciddi zərbə vuran bəyanatlar verməkdə davam edirlər. Belə ki, aprelin 24-də Ermənistanda səfərdə olan Fransa Senatının sədri Jerar Larşe Senatın "Dağlıq Qarabağın müstəqilliyinin tanınmasını" təklif edən qətnaməni xatırlayaraq Azərbaycanda saxlanılan "hərbi əsirlər"in dərhal, qeyri-şərtsiz qaytarılmasını və azad olunmuş ərazilərdə "erməni tarixi-mədəni irsinin məhv edilməsi"nə son qoyulmasını tələb etdiklərini bildirmişdir.
Fransa rəsmi dairələrinin və rəsmilərinin qərəzli, qeyri obyektiv , həmsədr dövlət kimi tərəfsizlik prinsipinə məhəl qoymadan bu cür bəyanatlar, sənədlər qəbul etmələri qəbuledilməzdir və bir daha göstərir ki Fransa artıq bundan sonra həmsədr misiyasını yerinə yetirə bilməz.
Milli Məclisin deputatı Rauf Əliyev
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - (Video)
-
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - (Foto/Video)
-
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb - (Foto/Video)
-
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb - (Foto/Video)
-
Prezident İlham Əliyevin iştirakı ilə “Minkənd” Kiçik Su Elektrik Stansiyasının onlayn formatda açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyulub - (Foto-Video))
XƏBƏR LENTİ
-
Avtomobilinizin təkərinə plastik butulka ilişibsə əsla düşməyin
-
Depresiyada olduğunuzu göstərən, lakin fərqində olmadığınız 4 gizli əlamət
-
ChatGPT-nin yeni funksiyası iş həyatını kökündən dəyişdirəcək
-
Ev qatığı və ya süzmə deyil: Ən sağlam qatıq məlum oldu
-
Əsgərin atasına qovuşma anı kövrəltdi - (Video)
-
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
-
Nişan boxçasında "cadu"nu görün hara qoyublar... - (Video)
-
Süni intellekt üçüncü dünya müharibəsinə səbəb olacaq? - Ekstrasens proqnoz verdi
-
Bu dəfə kanalın bağlanmasını istəyirlər - (Video)
-
DTX Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Azərbaycanda Anım Günüdür
-
Günün qoroskopu: Sevgi həyatınız stabil görünmür
-
Kotleti qat-qat dadlı və şirəli edən ədviyyat
-
Ağsu aşırımında aktivlik artıb - (Video)
-
Paltaryuyana 1 qaşıq əlavə edin: Yuyucu vasitə xərcini yarıbayarı azaldır
-
Naxçıvanda 55 yaşlı kişi arvadını və baldızını bıçaqlamaqda şübhəli bilinir
-
Salah heyətdən çıxarıldı
-
Finlandiya 7 qolla qələbə qazandı
-
Pandemiyadan bəri evdən çıxmadılar: Ana və qızı illərlə meyitlə bir evdə yaşayıb
-
Ailəsini Rusiyadan Azərbaycana gətirə bildi, özü isə dron hücumuna məruz qaldı - (Video)
-
Akrobatlarımız dünya çempionatında qızıl medal qazanıblar - (Foto)
-
Kondisionerə görə əcnəbi müştəridən əlavə pul istəyən sürücü həbs olundu
-
Banqkok fəlakət zonası elan edildi - (Video)





