Siyasət

Baxçalıdan ABŞ-a kəskin mesaj: “Heç bir şey əvvəlki kimi olmayacaq”

24 Aprel 2021 22:32
Baxış: 1 409

"Tarixin siyasətçilər tərəfindən sui-istifadə və inkaretmə vasitəsinə çevrilməsi sivilizasiyalarla millətlər arasındakı uçurumu dərinləşdirməklə yanaşı, nəsillərin qütbləşməsinə də yol açacaqdır. Bunun heç kimə və heç bir ölkəyə xeyri olmayacaq".

Milli.Az APA-ya istinadən xəbər verir ki, Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı özünün "twıtter" səhifəsində bunu yazıb.

D.Baxçalı bildirib ki, 1910-cu illərdə erməni dəstələri vəhşiliklə uşaq, qadın və yaşlı demədən Anadolu coğrafiyasının hər yerində şiddət tətbiq edərək xain və vəhşi bir terror əməliyyatı icra ediblər: "1915-ci il hadisələri kürəyindən xəncər saplanan bir imperatorluğun təbii refleksi, doğru bir qərarı, tarazlı addımı idi. Üstəlik, deportasiya o dövrdə milli təhlükəsizlik üçün məcburi bir seçim idi. Burada soyqırımı izi axtaranlar türk millətinə düşmənçilik edən dairələrdir", deyə MHP sədri vurğulayıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.