Ciddi araşdırılmalı məsələ: Ermənistanda “İskəndər - M” raketi haradandır?
ANAMA-nın işğaldan azad edilmiş Şuşa şəhərində və onun ətrafında reallaşdırdığı minadantəmizləmə tədbirləri zamanı Rusiya istehsalı olan, eyni zamanda yüksək dağıdıcı qüvvəyə malik "İskəndər" raketinin qalıqlarının tapılması faktı öz təsqdini tapdı. Araşdırmaların nəticəsi üzə çıxartdı ki, bu, Operativ-Taktik Raket Kompleksi "İskəndər - M" raketinin qalıqlarıdır. Eyni zamanda, o da məlum oldu ki, raket tam partlamayıb, onun müəyyən hissələri böyük ərazidə səpələnib.
Milli.Az bildirir ki, bunu Trend-ə politoloq Şəbnəm Həsənova deyib.

Ş.Həsənova bildirib ki, ANAMA əməkdaşları bir-birindən xeyli uzaqlıqda raketin qalıqlarının aşkar olunduğu dörd ərazi müəyyənləşdiriblər:
"Hətta raketin qalıqları aprelin 2-də Bakıda kütləvi informasiya vasitələrində də nümayiş olundu. Açıq mənbələrdən məlum olur ki, Rusiya Ermənistana "İskəndər - M" raketinin sadələşdirilmiş variantı olan, 280 km məsafəyədək uçan "İskəndər - E" raket kompleksi verib. Bununla müqayisədə isə "İskəndər - M" raketi daha yüksək dağıdıcı qüvvəyə malikdir və 500 km-dək məsafəni hədəf ala bilir.
Hələ 44 günlük Vətən müharibəsinin gedişində Ermənistan Azərbaycana qarşı "İskəndər" raketindən istifadə edəcəkləri ilə bağlı bir neçə dəfə təhdidlər dilə gətirmişdilər. Ölkənin sabiq rəhbəri Serj Sarkisyan müsahibəsində indiki rəhbərliyi günahlandıraraq demişdi ki, müharibənin 3-cü və 4-cü günü Ermənistanın "İskəndər" raket kompleksindən nə üçün istifadə etmədiyini anlamır. Bundan sonra Sarkisyana cavab olaraq Paşinyan "İskəndər" atdıqlarına və onların partlamadığına dair bəyanat versə də, Rusiyanın bu məsələni inkar etməsindən və təzyiq göstərməsindən dərhal sonra Paşinyan öz sözlərini geri götürmüşdü. Bununla yanaşı, Ermənistan Müdafiə Nazirliyinin keçmiş baş hərbi müfəttişi Movses Hakopyan da 44 günlük müharibə zamanı Ermənistanın Azərbaycana qarşı "İskəndər" raket sistemindən istifadə etdiyini bildirmişdi.
44 günlük müharibənin gedişində Ermənistanın Azərbaycan mülki infrastrukturunu davamlı şəkildə raket atəşinə tutduğunu, mülki əhalini Gəncə, Bərdə, Tərtər şəhərlərində hədəf alaraq böyük dağıdıcı qüvvəyə malik olan raketlərlə vurduğunu, çoxlu sayda dinc insanlarımızın qətlə yetirildiyini və yaralandığını faktlar sübut edir. Bununla yanaşı, Ermənistan ordusu tərəfindən qadağan olunmuş silahlardan, habelə kasetli bombalardan istifadə olunub.
Rusiya Prezidentinin Administrasiyasından yayılan məlumatda isə bildirilib ki, Qarabağda münaqişə zamanı "İskəndər" raketlərindən istifadə olunmayıb. Əgər Rusya Ermənistana "İskəndər - M" raket kompleksi verməyibsə, Şuşada həmin raketin qalıqlarının tapılmasını necə izah edə bilərik? Bu, ciddi araşdırılmalı məsələdir. Ermənistanda yüksək dağıdıcı qüvvəyə malik bu raket növü hardandır?
Əlimizdə olan fakt odur ki, qalıqlar tapılıb, bu açıqlama isə şübhə altında qalır və Şuşada aşkar olunan bu fakt insanlarımızın beynində suallar doğurur və bu məsələ Azərbaycan ictimaiyyətini haqlı olaraq narahat edir. Düşünürəm ki, tapılmış raketin nömrəsinə müvafiq olaraq hansı dövlətin ərazisindən və hansı məsafədən atıldığını müəyyən etmək mümkündür.
Fevral ayının 26-da cənab Prezident İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı zamanı suallarını cavablandıranda da bildirdiyi kimi bu cür addımlar düzgün deyil və bu qəbildən addımlar, sabitliyin möhkəmlənməsinə yönəlməyib. NATO-nun tərəfdaşlıq proqramında iştirak edən Ermənistanın digər tərəfdaş ölkə olan Azərbaycana qarşı ağır raketlərdən istifadə etməsi faktı ciddi araşdırmalıdır".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Milli Məclisin İnsan hüquqları komitəsinin növbəti iclası keçirilib (Foto)
-
Qərbi azərbaycanlıların qayıdışı ilə bağlı ABŞ Konqresinə müraciət ünvanlanıb
-
Vaşinqtonda azərbaycanlıların etnik təmizləməyə məruz qalmasına dair beynəlxalq konfrans keçirilir
-
İraq Prezidenti İlham Əliyevə məktub ünvanlayıb
-
Prezident İlham Əliyev bir sıra fərmanlarda dəyişiklik edib
-
Prezident İlham Əliyev Məhəmməd Baqir Qalibafın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
XƏBƏR LENTİ
-
Akromeqaliya: Böyümə hormonu artıqlığının əlamətləri, diaqnozu və müalicəsi
-
Dana jambonlu sendviç resepti
-
“Bu səhvim məni 700 baldan ayırdı” - Aysu Əliyeva
-
Bakının bəzi ərazilərdə işıq olmayacaq
-
Dünyanın ən uzun gölü: Dörd ölkəni bir-birinə bağlayır
-
Bu gün Aşuradır
-
Günün qoroskopu: Özünüzə olan inamınız bu gün zirvədədir
-
Anderson Premyer Liqanın ən bahalı transferi ola bilər
-
İmtahanda ən yüksək nəticə göstərən 7 nəfər (Foto)
-
Sadiq Abbaslı bıçaqlandı (Foto)
-
Yedidən yetmişə hər kəsin sevdiyi ləzzət: Bolonez souslu makaron
-
Milli Məclisin İnsan hüquqları komitəsinin növbəti iclası keçirilib (Foto)
-
Mətanət İsgəndərli: “Sanki övladını aparıblar, amma demirlər kimindir”
-
Qərbi azərbaycanlıların qayıdışı ilə bağlı ABŞ Konqresinə müraciət ünvanlanıb
-
Sarımsaqların aylarla kiflənmədən qalmasının sirri: "1 ovuc düyü"
-
"Sabah" Rumıniya klubu ilə heç-heçə etdi
-
Köp niyə yaranır və ondan necə xilas olmaq olar?
-
"Fənərbağça" Meyson Qrinvud ilə razılaşdı (Foto)
-
Kabinetdə çəkilən video İraqı ayağa qaldırdı: Rəhbər şəxslər vəzifələrindən uzaqlaşdırıldı (Foto)
-
Azərbaycan Avrasiyada nəqliyyat, ticarət və kooperasiya gündəliyinin mühüm iştirakçısına çevrilir - (Foto)
-
Şotlandiya Braziliya matçı ləngiyə bilər
-
Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı
-
Kürdəmirdə yük maşını aşıb - Xəsarət alan var
-
I ixtisas qrupu üzrə bir abituriyent 700 bal toplayıb (Foto)





