Siyasət

“1 saatın sonunda həmin təpədə bayrağımız dalğalanırdı” - VİDEO

1 Aprel 2021 18:16
Baxış: 1 304

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, polkovnik Şükür Həmidovun doğum günüdür. O, 1975-ci ilin bu günü Qubadlı rayonunun Armudlu kəndində dünyaya göz açıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Şükür Həmidov 2016-cı il Aprel döyüşlərində Lələtəpə yüksəkliyinin azad edilməsi uğrunda döyüşlərdə böyük şücaət göstərib. Göstərdiyi şücaətə görə ona müdafiə nazirinin əmri ilə vaxtından əvvəl polkovnik hərbi rütbəsi təqdim olunub. Şəxsi igidliyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Qəhrəman hərbçimiz 2020-ci ilin sentyabrında başlanan Vətən müharibəsində Cəbrayıl, Füzuli və Qubadlıda gedən döyüşlərdə mərdliklə vuruşub, oktyabrın 22-də isə doğulduğu və 18 yaşında didərgin düşdüyü Qubadlı rayonunun azadlığı uğrunda döyüşlərdə şəhid olub.

Hərbçimizin qəhrəmanlıq göstərdiyi Aprel döyüşləri ilə bağlı üç il əvvəl "Aprel yüksəkliyi" sənədli filmi çəkilib. Filmdə qəhrəmanımızın döyüş yolu öz dilindən nəql olunur:

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.