Siyasət

Rusiya bunu Azərbaycana məruzə etməliydi - FOTO

1 Aprel 2021 17:57
Baxış: 2 046

Erməni separatçıları Xankəndidə "parlamentlərinin" iclasında rus dilinin ikinci dövlət dili elan olunması haqqında qərar qəbul etdilər. Ardınca Nikol Paşinyan Ermənistan-Rusiya birgə ordu qruplaşmasının yaradılmasının vacibliyini qeyd edib. İrəvan hazırda bölgədəki proseslərə neytral görünən Rusiyanı öz tərəfinə çəkməklə nəyə nail olmaq istəyir?

Milli.Az suala cavab tapmaq üçün politoloq Turab Rzayevin fikirlərini öyrənib:

"Düşünmürəm ki, Ermənistanın burada xüsusi strateji niyyəti var. Separatçıların rus dilini ikinci "dövlət" dili elan etmələri Ermənistan hakimiyyətindən, yəni Nikol Paşinyandan daha çox Qarabağ klanının, Rusiya ilə oradakı bağlı qüvvələrin planıdır. Əslində Paşinyan Rusiyaya o qədər də yaxın insan deyil və eyni zamanda Rusiya tərəfində o qədər də sevilən insan deyil. Onların bu addımları sadəcə bununla yekunlaşmır. Bu yaxınlarda Rusiya Müdafiə Nazirliyinin vəzifəli şəxsləri gəlib orada rus sülhməramlıları üçün modul tipli yataqxanaların, xəstəxananın açılışında iştirak ediblər. Əlbəttə ki, bunlar bizim üçün qəbulolunmazdır.
Çünki ora sülhməramlıların nəzarətində olan ərazi də olsa fərqi yoxdur, hərbi yataqxana açırsansa, başdan danışılıb ki, 1960 əsgər olacaq. O zaman niyə əlavə kazarmalara ehtiyac var? Orada yeni açıqlacaq bu əlavə modul tipli xəstəxana kimə lazımdır? Hərbiçilərə, yoxsa əhaliyə və bu, bizimlə razılaşdırılıbmı? Rusiya MN-nin səlahiyyətliləri əgər Qarabağa səfər edirlərsə, birinci Bakıya gedib, sonra Qarabağa getməlidir. Ən azından bizim bilgimiz olmalıdır, məlumatlandırmalıdırlar. Orada hansısa bir hərbi müəssisənin açılışı olursa Azərbaycan Müdafiə Nazirliyindən kimsə o mərasimdə iştirak etməlidir. Qarabağ Rusiyaya tabedir və Rusiyanın bir hissəsidir kimi davranmaları əlbəttə ki, bizim milli maraqlarımıza ziddir. 

Düşünürəm ki, sabah iki tərəfin XİN rəhbərləri Lavrovla Ceyhun Bayramovun görüşündə də çox güman ki, bu məsələ ələ alınacaq. Paşinyanı bu məsələdə Rusiyanın özündə də çox ciddiya almırlar və Paşinyan özü də heç artıq Qarabağ məsələsindən kifayət qədər kənarda durmağa çalışır.

Rusiyaya hansısa hərbi birlik təklif etməklə Paşinyan özünü sığortlamağa çalışır. Necə ki, daha əvvəl "İsgəndər" raketlərinin işləmədiyini demişdi, amma sonra əslində onların pis silah olmadığını dedi. Yəni, Paşinyan əslində Rusiyadan çəkindiyinə görə bu addımı atır. Çünki bildiyiniz kimi onu erkən seçkiyə məcbur edirlər, onun hakimiyyətdən getməyini, istefa verməyini istəyirlər. Bu, müəyyən qədər Rusiyanın dəstəyini almaq üçün verilmiş açıqlamadır". 

Təhməz Əsədov

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.