Siyasət

Qarabağ meşələrində bloger daxmaları - VİDEO

1 Aprel 2021 12:30
Baxış: 2 214

Həyatda nə qədər həyasız və abırsız olmalısan ki, gördüklərindən və yaşadıqlarından nəticə çıxarmayasan. Bu cəhət və xüsusiyyət isə yalnız ermənilərə xasdır. Qarabağda üzləşdikləri biabırçı məğlubiyyətdən dərs çıxarmayan erməni videobloger Arutyun Akopyanı da bu sıraya daxil etmək olar. Bir vaxtlar bölgədə at oynadan, iri daxmalar tikib nümayiş etdirən bloger köhnə ampluasındadır. Və yeni layihəsini reallşdırmağa çalışır.

Milli.Az "Sputnik-armeniya"ya istinadən xəbər verir ki, bir neçə il bundan əvvəl özünün ifadə etdiyi kimi Stavropoldan "tarixi" vətəni Qarabağa gələn Arutyun indi də "qeyri-adi" adlandırdığı layihəsini reallaşdırmağa başlayb. Bildirir ki, Qarabağda böyük planlarının reallaşmasına müharibə mane olub- indiyə qədər çəkdikləri və yaratdıqları Azərbaycanın nəzarəti altına keçib.

Qarabağda düşərgə salmağı planlaşdıraraq sentyabrda buşkraft-fest reallaşdıracağını bildirir. Sınaq xarakterli festivala Qarabağın istedadlı ustalarını, sənət adamlarını cəlb etmək istəyir. Deyir ki, bununla daha çox insanın Qarabağı tanımasını istəyir. Düşərgə başa çatanda isə Ermənistandan çoxlu sayda insanı ora dəvət etmək niyyəti var. Evləri də turistlərə pulsuz təqdim edəcək. Lakin 44 günlük fiaskodan sonra kiminsə bura gəlib yaşayacağı inandırıcı görünmür.

Ən gülüş doğuran odur ki, bir vaxtlar işğal altında olan Azərbaycan torpaqlarında turistlər üçün evlər tikən erməni indi cəngəlliklərdəki kimi komalar inşa etmək istədiyini deyir.

Müharibədəki məğlubiyyətə baxmayaraq, özünün ifadə etdiyi kimi, nağıllardakı kimi xırda komalar tikmək kimi ambioz layihəsini reallaşdırmağa çalışır. Bildirir ki, müharibə bütün planlarını pozsa da, onu dayandıra bilməyib. Qarabağ meşələrindəki komalarla hamını təəccübləndirməyə çalışır. İki il bundan əvvəl işğal altındakı Azərbaycan torpaqlarını gəzərək bölgənin gözəlliyi və füsunkar təbiəti ilə bağlı sosial roliklər hazırlayıb izləyicilərinə təqdim edib. Meşə və dağlarda uzun müddət qalmağa üstünlük verərək, buşkraft (vəhşi təbiətdə yaşamaq sənəti-müəl.) sənətini mənimsəyib. Lakin iş orasındadır ki, iki il əvvəl ağacda qurduğu komalar hazırda Azərbaycanın nəzarəti altındadır.

Kamran
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.