Rusiya qazının Ermənistana Azərbaycan ərazisindən müvəqqəti göndərilməsi ölkəmiz tərəfindən edilən bir jestdir.
Milli.Az xəbər verir ki, bunu ARB24-ün "İş vaxtı" verilişinə açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib. O bildirib ki, bu addım Ermənistana bölgədəki reallıqları xatırladacaq:
"Azərbaycan öz siyasi iradəsini ortaya qoyub. Burada Ermənistan cəmiyyətinin və siyasi hakimiyyətinin verəcəyi reaksiyadan çox şey asılıdır. Lakin Ermənistanda hakimiyyətin monipulyativ davranışlar sərgilədiyi bir zaman kəsiyində bu faktın xüsusi olaraq qeyd olunacağını gözləmirəm. Təbii ki, bunu nəzərə alan ayrı-ayrı qüvvələr olacaq. Bundan başqa digər önəmli məsələ odur ki, indiki şəraitdə Ermənistan enerji problemlərinin həllində də Azərbaycandan asılıdır. Gələcəkdə oxşar faktorlar da baş verərsə,
Ermənistanın hər hansı üçüncü dövlətdən qaz almaq və ya enerji problemlərini həll etmək imkanı olmayacaq. Bu, həm də Ermənistana bölgədəki reallıqların xatırladılması baxımından böyük əhəmiyyət kəsb edir".
Milli.Az