Siyasət

“İşsizlikdən sığorta haqqında” Qanunda dəyişiklik təsdiqləndi

9 Mart 2021 18:56
Baxış: 1 149

Prezident İlham Əliyev "İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu təsdiqləyib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, "İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikası Qanununun 14.3-cü maddəsi aşağıdakı redaksiyada verilir:

"14.3. Sığorta ödənişinin hesablanması üçün orta aylıq əməkhaqqının məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində sığortaolunanın sığorta haqları üzrə hesabatlarda olan aylıq əməkhaqqı barədə məlumatları əsasında müəyyən edilir.".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.