"Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın müstəqilliyinə verilmiş vəsiqə oldu" - Deputat
Biz xoşbəxt insanlarıq ki, Ümumimilli Lider Heydər Əliyev kimi dahi şəxsiyyətimiz olub. Əgər Heydər Əliyev hakimiyyətə qayıtmasaydı, nə baş verəcəkdi? Lideri olmayan ölkələrin taleyinin şahidi oluruq.
Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Azər Badamov deyib.
Deputat bildirib ki, bu gün Ermənistandakı vəziyyəti hər kəs görür: "Ordu hakimiyyətə itaətsizlik edir. Prezidenti də deyir ki, məni siyasətə qatmayın. Yəni, lidersizliyin faciəsini yaşayırlar. Bu vəziyyət bizdə olmamışdımı? Təbii ki, unutmaq olmaz. Təəssüf ki, müstəqilliyimizin ilk illərində eyni günləri biz də yaşamlı olmuşuq. Prezident qaçıb Kələkidə gizləndi, ölkədə vətəndaş müharibəsi, hərbi birləşmələrin müharibə bölgəsindən geri çağrılması və hakimiyyət davasına cəlb olunması, torpaqların sürətlə işğala məruz qalması prosesi. Yəni, xaos və özbaşınalıq, anarxiya.
Yenə bu ağır yükü ulu öndər Heydər Əliyev və onun şah əsəri olan Yeni Azərbaycan Partiyası öz üzərinə götürdü. Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın müstəqilliyinə verilmiş vəsiqə oldu və müstəqilliyimizin tarixini də məhz 1993-cü ildən hesablamağını daha doğru hesab edərdim. Çünki, Azərbaycanın dövlətçiliyinin əsasları həmin tarixdən yaranmağa başladı.
Dövlət idarəetmə sisteminin formalaşdırılması, bir mərkəzdən idarə olunan Silahlı Qüvvələrin yaradılması, işğalın və vətəndaş müharibəsinin dayandırılması, hüquqi dövlətimizin əsaslarını yaradan konstitusiyanın qəbul edilməsi və geniş islahatlara start verilməsi məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır".
Deputat vurğulayıb ki, Azərbaycanın sürətli inkişafı, ordunun müasirləşdirilməsi, dünya ölkələrinın boy sırasında yerinin müəyyənləşməsi, haqq səsimizin dünyaya çatdırılması, dünya informasiya müharibəsindəki qələbəmiz və tarixdə ilk dəfə torpaqlarımızın işğaldan azad olunması və ölkəmizin ərazi bütövlüyünün təmin olunması son 17 ildə Prezident İlham Əliyevin uzaqgörən siyasətinin təntənəsi və Yeni Azərbaycan Partiyasının iqtidarda olması ilə bağlıdır:
"Azərbaycanın gələcəyi də məhz yaratdığımız yeni reallıqlara uyğun Prezident İlham Əliyevin müəyyənləşdirdiyi kursun uğurlu icrası ilə yeni mərhələyə qədəm qoyub. Xalqımız öz liderinə inanır və dəmir yumruğa çevrilib. Dəmir yumruq olan yerdə isə heç bir radikal qüvvə bizə mane ola bilməz. Məhz möhkəm xalq iqtidar birliyi ölkəmizin gələcəyini daha da işıqlı edəcəkdir".
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Birinci xanım Mehriban Əliyeva ilə Şamaxıya səfəri ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
TDT-də yeni strategiya: Təhlükəsizlikdən enerji dəhlizlərinə qədər vahid güc mərkəzi
-
Dövlətin ən həssas sərhədi xəritədə deyil
-
Prezident İlham Əliyev: BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
-
Prezident İlham Əliyev: Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın
-
Prezident İlham Əliyev: Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir
XƏBƏR LENTİ
-
Nağıl kimi həyat başlayır: Sərvətinə sərvət qatacaq 3 bürc
-
Qara sarımsağın gizli faydaları
-
93 yaşı olsa da, nə əasası, nə də baxıcısı var: Səhərlər sadəcə bunu edir
-
Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
-
Ağ ya da qırmızı deyilmiş: Ən sağlam soğan məlum oldu
-
Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar
-
Kadir İnanırın sərvəti qalmaqal yaratdı
-
Lombardlara gipsdən hazırlanmış "iPhone" verən şəxs saxlanılıb - (Foto)
-
“Ya Üçüncü Dünya müharibəsi başlayacaq, ya da...” - Marin Le Pen
-
"ABŞ-də yanacağın qiymətinin kəskin artacağı gözlənilir"
-
"Matrisada nasazlıq": Cennifer Lopesin oxşarı həbs edildi - (Foto)
-
İrəvan məhkəməsi Samvel Karapetyanla bağlı qərar verdi
-
Günün qoroskopu: Sevdiyiniz insana qarşı daha anlayışlı olmağa çalışın
-
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
-
Tramp İranla müharibədə dönüş nöqtəsi elan edib
-
Conidən haqqında yayılan xəbərlərə reaksiya - Yenilənib - (Video)
-
Polşada Azərbaycana qarşı təxribat - (Video)
-
Bakının bəzi ərazilərində işıq olmayacaq
-
"Teşkilat"ın yayım tarixi bilindi
-
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - (Video)
-
Bakının bu ərazilərində qaz kəsiləcək
-
Hüseyn əməliyyat olundu - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Birinci xanım Mehriban Əliyeva ilə Şamaxıya səfəri ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
“İnsanlar artıq evlənmirlər, hara gedirik?” - Nigar Mahmudova - (Video)





