Paşinyan: "Qaçmayacağam, istefa verməyəcəyəm!" - YENİLƏNİR - VİDEO - FOTO
15:29
Rusiya Hərbi-Kosmik Qüvvələrinin MiQ-29 qırıcıları İrəvanın səmasında uçmağa başladılar...
* * *
Ermənistan Silahlı Qüvvələrinin generalları daha bir bəyanat verərək, heç bir təzyiq altında olmadan baş nazir Paşinyan və onun hökumətinin istefasını tələb edib.
* * *
Ermənistan baş naziri Nikol Paşinyan: "Birincisi, toqquşma təhlükəsi hər zaman var. Ancaq hamımız bunun Ermənistanda baş verməməli olduğu ilə razılaşmalıyıq. Ən əsası hamımızın sakit olmağımızdır. Ölkə içində düşmənimiz yoxdur. Bu, ən vacib həqiqətdir. Ancaq müzakirə edilməsi lazım olan suallar var".
15:21
Ermənistanın müxalifət partiyalarının əksəriyyətini birləşdirən "Ermənistanın Xilası" Hərəkatı İrəvanın mərkəzindəki Azadlıq meydanında mitinqə başladı
* * *
Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu Ermənistanda dövlət çevrilişinə cəhdi qınadı.
* * *
"Ermənistanda hərbi çevriliş olmayacaq, hər şey sülh yolu ilə çözüləcək. Xalq meydana gələrək qərar verəcək", - Nikol Paşinyan deyib.
* * *
Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan hakimiyyətlə müxalifəti vətəndaş müharibəsinə yol verməməyə çağırıb: "Vətəndaş müharibəsi erməni xalqının sonunun əvvəli ola bilər".
15:13
Paşinyanın qızı və arvadı ona dəstək vermək üçün meydana gəliblər.
15:04
Ofisləri İrəvanda olan beynəlxalq təşkilatlar əməkdaşlarını evə yollayıblar.
Milli.Az bildirir ki, həmin ofislərdə yalnız mühafizəçilər qalıblar.
* * *
"Əgər Nikol Paşinyan zor tətbiq etmək fikrinə düşərək polisi xalqa qarşı çızararsa, ordu İrəvana girəcək. Ordu İrəvana girərsə, polis təslim olacaq. Baş Qərargahın da bəyanatı o deməkdir ki, hərbçilər aşkar şəkildə xəbərdarlıq edirlər: onlar polisin güc tətbiq etməsinə imkan verməyəcəklər. Ordu xalqın tərəfindədir. İki yol var: ya hökumət bu gün istefasını bəyan edir, ya da zalş Hökumət Binasına daxil olaraq siyasi meyiti kabinetindən çıxarır, polis də müqavimət göstərmir", - erməni siyasi şərhçi Stepan Danielyan Facebook səhifəsində yazıb.
15:02
Ermənistanda Baş nazir Nikol Paşinyanın tərəfdarları və əleyhdarları arasındakı qarşıdurma küçə toqquşmaları və hətta vətəndaş müharibəsinə çevrilə bilər.
Milli.Az Ermənistan mediasına istinadən bildirir ki, Ermənistanın Milli Təhlükəsizlik Xidməti vətəndaşları radikal addımlar atmaqdan çəkinməyə çağırıb.
"Xəbərdarlıq edirik ki, qanunazidd istənilən hərəkət hüquq-mühafizə orqanlarının müvafiq reaksiyası ilə qarşılaşacaq. Belə qanunsuz əməllər Ermənistanın təhlükəsizliyinə təhdid ola bilər. Hamı bilməlidir ki, Ermənistanın dövlət orqanları funksiyalarını yerinə yetirməyə davam edir", - bəyanatda deyilir.
Ermənistanın sabiq prezidentləri Robert Köçəryanla Serj Sarqsyan Baş nazir N.Paşinyanı istefa verməyə çağırıblar.
İrəvanda N.Paşinyan hökumət binasının qarşısındadır. Onun arvadı, oğlu və qızı yanındadır.
"Qaçmayacağam, istefa vermək niyyətində də deyiləm. Bəzi qüvvələr Ermənistanda hərbi çevriliş etmək istəyir", - Paşinyan deyib.
Küçələrdə Paşinyanın tərəfdarları ilə əleyhdarları arasında toqquşmalar başlayıb.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Birinci xanım Mehriban Əliyeva ilə Şamaxıya səfəri ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
TDT-də yeni strategiya: Təhlükəsizlikdən enerji dəhlizlərinə qədər vahid güc mərkəzi
-
Dövlətin ən həssas sərhədi xəritədə deyil
-
Prezident İlham Əliyev: BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
-
Prezident İlham Əliyev: Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın
-
Prezident İlham Əliyev: Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir
XƏBƏR LENTİ
-
Ağ ya da qırmızı deyilmiş: Ən sağlam soğan məlum oldu
-
Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar
-
Kadir İnanırın sərvəti qalmaqal yaratdı
-
Lombardlara gipsdən hazırlanmış "iPhone" verən şəxs saxlanılıb - (Foto)
-
“Ya Üçüncü Dünya müharibəsi başlayacaq, ya da...” - Marin Le Pen
-
"ABŞ-də yanacağın qiymətinin kəskin artacağı gözlənilir"
-
"Matrisada nasazlıq": Cennifer Lopesin oxşarı həbs edildi - (Foto)
-
İrəvan məhkəməsi Samvel Karapetyanla bağlı qərar verdi
-
Günün qoroskopu: Sevdiyiniz insana qarşı daha anlayışlı olmağa çalışın
-
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
-
Tramp İranla müharibədə dönüş nöqtəsi elan edib
-
Conidən haqqında yayılan xəbərlərə reaksiya - Yenilənib - (Video)
-
Polşada Azərbaycana qarşı təxribat - (Video)
-
Bakının bəzi ərazilərində işıq olmayacaq
-
"Teşkilat"ın yayım tarixi bilindi
-
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - (Video)
-
Bakının bu ərazilərində qaz kəsiləcək
-
Hüseyn əməliyyat olundu - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Birinci xanım Mehriban Əliyeva ilə Şamaxıya səfəri ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
“İnsanlar artıq evlənmirlər, hara gedirik?” - Nigar Mahmudova - (Video)
-
TDT-də yeni strategiya: Təhlükəsizlikdən enerji dəhlizlərinə qədər vahid güc mərkəzi
-
Zolqədr: Tramp və Netanyahu hakimiyyətdə olduğu müddətdə Hörmüz boğazını açmayacağıq
-
Cəlilabadda içməli su xəttində qəza - Yolu su basdı
-
Unu kağız torbada saxlamayın: Zərərvericilərdən və nəmdən belə qoruyun





