Ermənistan növbəti təxribatlara əl atır
Məlum olduğu kimi, Ermənistanın ölkəmizə qarşı növbəti genişmiqyaslı hərbi təxribatına cavab olaraq başlayan 44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun şanlı Zəfəri ilə başa çatdı. Müharibənin elə ilk günlərindən ordumuz qarşısında tab gətirə bilməyən düşmən tərəf sonda məğlub olduğunu etiraf edərək noyabrın 10-da üçtərəfli Bəyanata imza atdı. Bununla da otuz ilə yaxın müddətdə davam edən Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşdu. Lakin son vaxtlar baş verən bəzi hadisələr Ermənistanın bu dağıdıcı məğlubiyyətdən tam dərs çıxarmadığına işarə edir.
Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputatın sözlərinə görə, əvvəl Fransadan olan bir qrup jurnalistin, sonra isə ABŞ-dan gələn bir qrup erməninin Ermənistandan Dağlıq Qarabağa keçmək cəhdi məhz düşmən ölkənin növbəti təxribatı kimi dəyərləndirilməlidir:
"Çünki Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və bu bölgəyə səfər etmək istəyən istənilən şəxs işğalçı Ermənistandan deyil, məhz Azərbaycandan icazə almalıdır. Bu baxımdan, rusiyalı sülhməramlılar da hər iki qrupu geri qaytararaq onlara "Azərbaycandan icazə alın!" deyiblər. Hesab edirəm ki, bu, hər kəsə, yəni bundan sonra da Azərbaycan ərazisinə Ermənistandan girməyə cəhd göstərən hər bir əcnəbiyə dərs olmalıdır".
Deputat, həmçinin əlavə edib ki, bu məsələdə əsas günahkar məhz Ermənistandır. Çünki həmin fransalı jurnalistləri Ermənistanda rəsmi olaraq akkreditə ediblər: "Hesab edirəm ki, istər fransalı jurnalistlərin, istərsə də ABŞ-dan olan bir qrup erməninin bu addımının arxasında Ermənistan tərəfinin növbəti təxribat cəhdi dayanır. Düşmən ölkə bu cür cəhdlərə son qoymalıdır. Əks təqdridə, onlar yenə də başları üzərində Azərbaycanın "dəmir yumruğu"nu görəcəklər".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - (Video)
-
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - (Foto/Video)
-
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb - (Foto/Video)
-
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb - (Foto/Video)
-
Prezident İlham Əliyevin iştirakı ilə “Minkənd” Kiçik Su Elektrik Stansiyasının onlayn formatda açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyulub - (Foto-Video))
XƏBƏR LENTİ
-
Avtomobilinizin təkərinə plastik butulka ilişibsə əsla düşməyin
-
Depresiyada olduğunuzu göstərən, lakin fərqində olmadığınız 4 gizli əlamət
-
ChatGPT-nin yeni funksiyası iş həyatını kökündən dəyişdirəcək
-
Ev qatığı və ya süzmə deyil: Ən sağlam qatıq məlum oldu
-
Əsgərin atasına qovuşma anı kövrəltdi - (Video)
-
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
-
Nişan boxçasında "cadu"nu görün hara qoyublar... - (Video)
-
Süni intellekt üçüncü dünya müharibəsinə səbəb olacaq? - Ekstrasens proqnoz verdi
-
Bu dəfə kanalın bağlanmasını istəyirlər - (Video)
-
DTX Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Azərbaycanda Anım Günüdür
-
Günün qoroskopu: Sevgi həyatınız stabil görünmür
-
Kotleti qat-qat dadlı və şirəli edən ədviyyat
-
Ağsu aşırımında aktivlik artıb - (Video)
-
Paltaryuyana 1 qaşıq əlavə edin: Yuyucu vasitə xərcini yarıbayarı azaldır
-
Naxçıvanda 55 yaşlı kişi arvadını və baldızını bıçaqlamaqda şübhəli bilinir
-
Salah heyətdən çıxarıldı
-
Finlandiya 7 qolla qələbə qazandı
-
Pandemiyadan bəri evdən çıxmadılar: Ana və qızı illərlə meyitlə bir evdə yaşayıb
-
Ailəsini Rusiyadan Azərbaycana gətirə bildi, özü isə dron hücumuna məruz qaldı - (Video)
-
Akrobatlarımız dünya çempionatında qızıl medal qazanıblar - (Foto)
-
Kondisionerə görə əcnəbi müştəridən əlavə pul istəyən sürücü həbs olundu
-
Banqkok fəlakət zonası elan edildi - (Video)





