Qarabağda müharibə yenidən başlasa, qan su yerinə axacaq və Azərbaycan Ordusu... - Rusiyadan SENSASİON AÇIQLAMA
Rusiya parlamentarilərinin Azərbaycana səfəri rusiyalı sülhməramlıların işi ilə tanış olmaq və azərbaycanlı tərəfdaşlarla dialoq qurmaq məqsədi daşıyır.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov Rusiyanın "Nasionalnaya slujba novostey" ("Milli xəbər xidməti") informasiya agentliyinin mətbuat mərkəzində təşkil olunan "Rusiyalı parlamentarilərin Dağlıq Qarabağa ilk səfəri" mövzusunda "Moskva-Bakı" telekörpüsünün gedişi zamanı bildirib.
O qeyd edib ki, Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında 2020-ci ilin noyabrında imzalanan Bəyanata riayət olunur, hər şey plan üzrə gedir.
Qarabağda işğaldan azad olunmuş ərazilərin bərpasının gedişində yaranan problemlərdən danışarkən ekspert erməni tərəfinin minalanmış sahələrin xəritəsini təqdim etməsinin zəruri olmasını qeyd edib.
S.Markov deyib: "Dinc əhali və əsgərlər ölür. Minalanmış sahələrin xəritəsinin təqdim edilməsi - bu gün erməni tərəfinə başlıca tələbdir. Əgər insanlar minaları elə-belə səpələyiblərsə və xəritə tərtib etməyiblərsə, mahiyyətcə bu, hərbi cinayətdir".
Ekspertin fikrincə, ikinci problem erməni millətçiləri tərəfindən törədilə biləcək terror aktları təhlükəsidir. İfrat millətçi qruplaşmalar sülh sazişləri ilə razı deyillər. "Daşnaksutyun" və "Sasna Tsrer" terror təşkilatları terror aktlarının keçirilməsində böyük təcrübəyə malikdirlər.
Politoloq deyib: "Ermənistanda məşhur olan Qaregin Njde Üçüncü Reyxlə əməkdaşlıq edib, Bolqarıstan ərazisində təxribatçı qrupların təşkil olunmasına kömək göstərib. Bu təxribatçı qruplar körpüləri partlatmaq, bizim əsgərlərimizi öldürmək, obyektlərdə terror aktları törətmək üçün Qızıl Ordunun arxa cəbhəsinə dəstələr göndərirdilər. Dağlıq Qarabağda Njdeyə heykəl qoyulması, Ermənistanda onun heykəlinin hələ də qalması biabırçılıqdır".
S.Markovun sözlərinə görə, bu gün ən vacib məsələ işğaldan azad edilmiş ərazilərdə kommunikasiyaların yenidən işə salınmasıdır. Azərbaycan Prezidenti İlham Əliyev regionun iqtisadi baxımdan dirçəldilməsi üzrə irimiqyaslı plan elan edib. Bunun üçün kommunikasiyaların bərpası vacibdir. O qeyd edib ki, Rusiya və Azərbaycan strateji tərəfdaşdırlar və əsas məsələlər üzrə daim dialoqda olurlar.
Ekspert xatırladıb: "Azərbaycan hökumətinin ambisiyalı planı var: işğaldan azad edilən əraziləri müasir iqtisadiyyatın vitrininə çevirmək. İndi bütün işlər layihə mərhələsindədir. Qarabağın dirçəldilməsi təkcə Azərbaycanın deyil, bütövlükdə regionun iqtisadi inkişafına təkan verəcək. Azərbaycan hökuməti dəfələrlə bəyan edib ki, Ermənistanın və digər ölkələrin bu işə qoşulmasını gözləyir".

S.Markov Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsində Türkiyənin rolunu xüsusi qeyd edib. O deyib: "Türkiyə çox şeyə nail olub. O, İkinci Qarabağ müharibəsində tam qələbə qazanan Azərbaycanın hərbi müttəfiqi kimi çıxış edib. Türkiyə özünün zərbə və kəşfiyyat pilotsuz uçuş aparatlarını təqdim edib. İndi bir çox ölkələr bu pilotsuz uçuş aparatları ilə maraqlanır və onları alırlar.
Bundan başqa, Türkiyə böyük Yaxın Şərq regionunda əsas aktorlardan biri kimi Azərbaycanı dəstəkləyib. Azərbaycan ilə Türkiyənin qarşılıqlı münasibətləri sıx siyasi və hərbi ittifaqdır və bu, Rusiya rəhbərliyi tərəfindən iki ölkənin xalqlarının suveren siyasətə ayrılmaz hüququ kimi qəbul edilir. Rusiya həm Azərbaycan, həm də Türkiyə ilə çox yaxşı strateji tərəfdaşlıq münasibətlərinə malikdir. Türkiyənin bundan sonrakı ambisiyaları azad edilmiş torpaqlarda kommunikasiyaların bərpası və bu ərazilərin iqtisadi cəhətdən dirçəldilməsi ilə bağlıdır. Rusiya Türkiyə ilə birgə çoxqütblü sülhə nail olmaq, geniş Böyük Avrasiyada qarşılıqlı yardım məkanını inkişaf etdirmək kursunu seçib".
Politoloq Ermənistanda bəzi qüvvələrin qiyamçı əhval-ruhiyyədə olması mövzusuna da toxunub. Onun fikrincə, Dağlıq Qarabağda hərbi əməliyyatların yenidən başlanması hazırda mümkün deyil. S.Markov deyib: "Azərbaycan Ordusu erməni ordusu üzərində sözsüz üstünlüyə malikdir. Hərbi əməliyyatlar yenidən başlanacağı təqdirdə, Azərbaycan Ordusu hücuma keçəcək və erməni qruplaşmalarını darmadağın edəcək. Bu halda qan su yerinə axacaq. Mən Azərbaycan Prezidenti İlham Əliyevin çox böyük humanizmini qeyd etmək istəyirəm. O, hərbi əməliyyatların dayandırılmasına razı oldu, bununla da minlərlə gəncin həyatını xilas etməyə imkan verdi".
Politoloqun qeyd etdiyi kimi, erməni tərəfi hərbi əməliyyatların gedişində Qarabağ müharibəsini Ermənistan ilə Azərbaycan arasında gedən müharibə kimi deyil, Türkiyə ilə Rusiya arasında gedən müharibə kimi təqdim etməyə çalışırdı.
"Bəzi qüvvələr indi də Rusiyanın Azərbaycan və Türkiyə ilə münasibətlərini pozmağa səy göstərirlər. Onlar ümid edirlər ki, ruslar Qarabağa gedərək bu regionda ermənilərin maraqlarını qoruyacaqlar. Bu, sülh razılaşmalarına çox böyük təhlükədir", - S.Markov vurğulayıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - (Video)
-
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - (Foto/Video)
-
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb - (Foto/Video)
-
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb - (Foto/Video)
-
Prezident İlham Əliyevin iştirakı ilə “Minkənd” Kiçik Su Elektrik Stansiyasının onlayn formatda açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyulub - (Foto-Video))
XƏBƏR LENTİ
-
Avtomobilinizin təkərinə plastik butulka ilişibsə əsla düşməyin
-
Depresiyada olduğunuzu göstərən, lakin fərqində olmadığınız 4 gizli əlamət
-
ChatGPT-nin yeni funksiyası iş həyatını kökündən dəyişdirəcək
-
Ev qatığı və ya süzmə deyil: Ən sağlam qatıq məlum oldu
-
Əsgərin atasına qovuşma anı kövrəltdi - (Video)
-
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
-
Nişan boxçasında "cadu"nu görün hara qoyublar... - (Video)
-
Süni intellekt üçüncü dünya müharibəsinə səbəb olacaq? - Ekstrasens proqnoz verdi
-
Bu dəfə kanalın bağlanmasını istəyirlər - (Video)
-
DTX Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Azərbaycanda Anım Günüdür
-
Günün qoroskopu: Sevgi həyatınız stabil görünmür
-
Kotleti qat-qat dadlı və şirəli edən ədviyyat
-
Ağsu aşırımında aktivlik artıb - (Video)
-
Paltaryuyana 1 qaşıq əlavə edin: Yuyucu vasitə xərcini yarıbayarı azaldır
-
Naxçıvanda 55 yaşlı kişi arvadını və baldızını bıçaqlamaqda şübhəli bilinir
-
Salah heyətdən çıxarıldı
-
Finlandiya 7 qolla qələbə qazandı
-
Pandemiyadan bəri evdən çıxmadılar: Ana və qızı illərlə meyitlə bir evdə yaşayıb
-
Ailəsini Rusiyadan Azərbaycana gətirə bildi, özü isə dron hücumuna məruz qaldı - (Video)
-
Akrobatlarımız dünya çempionatında qızıl medal qazanıblar - (Foto)
-
Kondisionerə görə əcnəbi müştəridən əlavə pul istəyən sürücü həbs olundu
-
Banqkok fəlakət zonası elan edildi - (Video)





