Ermənilər Mir Şahinin Zəngəzurdan çəkdiyi filmə görə hələ də Paşinyanı söyür - VİDEO
REAL TV-nin hazırladığı "Azadlığın ad günü-Zəngəzur" filmi Ermənistan mediasında və cəmiyyətində ajiotajla qarşılanmışdı.
Xatırladaq ki, söhbət filmin müəllifi Mir Şahinin 44 günlük Vətən müharibəsindən bir qədər sonra Zəngəzurun Şurnuxu kəndinin hazırda məğlub Ermənistanın nəzarətində olan hissəsinə keçməsi, erməni ailəsinin evində olması və Ermənistan vətəndaşlarından müsahibələr almasından gedir.
Ermənistanın 5-ci televiziya kanalı "Azadlığın ad günü - Zəngəzur" filmi ilə bağlı süjet hazırlamışdı. Süjetdə bildirilirdi ki, Ermənistanın başının Sünik qalmaqalına qarışdığı bir vaxtda Azərbaycanın tanınmış telejurnalisti Mir Şahin Ağayev Sünikin Ermənistanın nəzarətində olan hissəsinə keçib. Erməniləri daha çox narahat edən isə Mir Şahinin "Azərbaycana xoş gəlmisiniz" yazılmış lövhənin yaxınlığındakı şərhidir.
Milli.Az Trend-ə istinadən bildirir ki, filmin Ermənistanda yaratdığı təşviş hələ də davam edir. Ermənistan sosial şəbəkələrində paylaşılan video erməni cəmiyyətində növbəti etirazlara səbəb olub. Erməni cəmiyyətini, siyasi elitasını ən çox qıcıqlandıran məqamlardan biri isə azərbaycanlı jurnalistin çox rahatlıqla erməni ailəsinin evinə girib, onların yaşadıqları səfil vəziyyəti nümayiş etdirməsidir.
Sosial şəbəkələrdə paylaşılan videonun şərh bölməsində isə Ermənistan hakimiyyətinə, xüsusən də baş nazir Nikol Paşinyanın ünvanına yönəlmiş təhqir və tənqid dolu mesajlar gəlməkdə davam edir. Erməni əhalisi bunun necə baş verdiyinin izahını tələb edir.
Qeyd edək ki, hadisədən bir ay keçməsinə baxmayaraq, Ermənistan hakimiyyəti bununla bağlı əhaliyə heç bir rəsmi açıqlama verməyib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Birinci xanım Mehriban Əliyeva ilə Şamaxıya səfəri ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
TDT-də yeni strategiya: Təhlükəsizlikdən enerji dəhlizlərinə qədər vahid güc mərkəzi
-
Dövlətin ən həssas sərhədi xəritədə deyil
-
Prezident İlham Əliyev: BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
-
Prezident İlham Əliyev: Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın
-
Prezident İlham Əliyev: Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir
XƏBƏR LENTİ
-
Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar
-
Kadir İnanırın sərvəti qalmaqal yaratdı
-
Lombardlara gipsdən hazırlanmış "iPhone" verən şəxs saxlanılıb - (Foto)
-
“Ya Üçüncü Dünya müharibəsi başlayacaq, ya da...” - Marin Le Pen
-
"ABŞ-də yanacağın qiymətinin kəskin artacağı gözlənilir"
-
"Matrisada nasazlıq": Cennifer Lopesin oxşarı həbs edildi - (Foto)
-
İrəvan məhkəməsi Samvel Karapetyanla bağlı qərar verdi
-
Günün qoroskopu: Sevdiyiniz insana qarşı daha anlayışlı olmağa çalışın
-
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
-
Tramp İranla müharibədə dönüş nöqtəsi elan edib
-
Conidən haqqında yayılan xəbərlərə reaksiya - Yenilənib - (Video)
-
Polşada Azərbaycana qarşı təxribat - (Video)
-
Bakının bəzi ərazilərində işıq olmayacaq
-
"Teşkilat"ın yayım tarixi bilindi
-
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - (Video)
-
Bakının bu ərazilərində qaz kəsiləcək
-
Hüseyn əməliyyat olundu - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Birinci xanım Mehriban Əliyeva ilə Şamaxıya səfəri ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
“İnsanlar artıq evlənmirlər, hara gedirik?” - Nigar Mahmudova - (Video)
-
TDT-də yeni strategiya: Təhlükəsizlikdən enerji dəhlizlərinə qədər vahid güc mərkəzi
-
Zolqədr: Tramp və Netanyahu hakimiyyətdə olduğu müddətdə Hörmüz boğazını açmayacağıq
-
Cəlilabadda içməli su xəttində qəza - Yolu su basdı
-
Unu kağız torbada saxlamayın: Zərərvericilərdən və nəmdən belə qoruyun
-
Paşinyan: Ermənistan dəmir yolu bizim mülkiyyətimizdir





