Siyasət

Əlahiddə Ümumqoşun Ordunun Hərbi Hava Qüvvələrində taktiki-xüsusi təlim keçirilib - VİDEO - FOTO

15 Fevral 2021 20:55
Baxış: 759

Əlahiddə Ümumqoşun Ordunun Hərbi Hava Qüvvələrində taktiki-xüsusi təlim keçirilib.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, təlimə Ordu aviasiyası və hava hücumundan müdafiə birləşmə və hissələri cəlb edilib.

Uçuşlar zamanı hücum təyyarələri, atəş-dəstək və nəqliyyat-döyüş helikopterləri ilə yer hədəflərinə aviazərbələr praktiki uçuşla təqlid edilib, hava hücumundan müdafiə vasitələrinin təsirinin dəf edilməsi üçün ən aşağı hündürlükdə mürəkkəb pilotoji manevrlər yerinə yetirilib.

Hava hücumundan müdafiə birləşmə və hissələri şərti hava düşmənini təqlid edən Ordu aviasiyasının uçuşlarının aşkarlanması, izlənməsi və məhv edilməsi tapşırıqlarını məşq ediblər.

Taktiki-xüsusi təlimdə qarşılıqlı fəaliyyətin uzlaşmasına nail olunub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.