Siyasət

Paşinyan Kərki kəndini Azərbaycana vermək istəyir? - KİV

5 Fevral 2021 13:15
Baxış: 1 979

Erməni mətbuatı Ermənistanın Baş naziri Nikol Paşinyanın Ararat bölgəsinə gözlənilməz səfərinin təfərrüatlarını yayıb.

"Bölgənin narahat sakinləri bəzi şayiələrin yayıldığını bizə bildirməyə tələsdilər. Şayiələrə əsasən, baş nazirin bölgə rəhbərliyi ilə qubernator Razmik Tevonyanın və Ararat bölgəsi alayının komandiri arasında görüş keçirilib. Görüşdə Kərki kəndinin gələcək taleyi müzakirə olunub", - mətbuatda qeyd edilir.

Milli.Az xəbər verir ki, noyabrın 10-da gecə imzalanan məlum üçtərəfli bəyanatdan sonra Kərki kəndini də əhatə edən bəzi anklav ərazilərin Azərbaycana verilməli olduğu güman edilir. Bəzi şayiələrə görə, Nazirlər Kabinetinin rəhbəri kəndin verilməsi üçün onu boşaltmağı tapşırıb. Bu məlumatlara aydınlıq gətirmək üçün baş nazirin mətbuat katibi Mane Gevorkyana zəng edilib.

Suala cavab olaraq Gevorkyan deyib: "Orada müzakirə olunan hər şey barədə bir açıqlama yaydıq. Əlbəttə ki, hər şeyi daha lakonik təqdim etdik, amma buna əlavə edəcək bir şey yoxdur. Baş nazir kəndin boşaldılması üçün heç bir əmr imzalamayıb".

"Ancaq belə bir müzakirənin olub-olmadığını öyrənə bilmədik", - Ermənistan mediası qeyd edir.

Aslan Məmmədov
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.