Siyasət

Xankəndiyə gətirilən 96 erməni yolda qaldı

30 Yanvar 2021 21:07
Baxış: 1 926

Rusiya sülhməramlılarının nəzarəti altında Xankəndiyə gətirilən ermənilər yolda qalıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, iki avtobusla gətirilən 96 erməni əlverişsiz hava şəraiti səbəbindən Sünikdə (Zəngəzurda, Laçın yaxınlığı) saxlanılıb.

Səlahiyyətli şəxslər qısa müddətdə avtobusların Xankəndiyə doğru hərəkət edəcəyini bildirib.

Qeyd edək ki, rus sülhməramlıları erməniləri Xankəndiyə gətirməyə davam edir. İndiyədək 51.635 erməni Azərbaycanın Qarabağ bölgəsinə, rus sülhməramlılarının nəzarəti altında olan hissəyə yerləşdirilib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.