Siyasət

"Rusiya və Azərbaycan rəhbərliyinin mövqeləri üst-üstə düşür" - Politoloq

12 Yanvar 2021 15:10
Baxış: 467

Yanvar ayının 11-də Moskvada baş tutan üçtərəfli görüş 10 noyabr tarixində imzalanmış 9 maddədən ibarət bəyanatda ehtiva olunan strateji prinsiplərin təsdiq olunması ilə yanaşı, bundan sonrakı mərhələdə regionda sülhün və təhlükəsiziliyin daha da möhkəmləndirilməsinə olduqca böyük töhfə verən bir görüş oldu.

Milli.Az bildirir ki, bunu Trend-ə politoloq Şəbnəm Həsənova deyib.

Ş.Həsənova bildirib ki, Moskva görüşü ilə bağlı birgə bəyanatın qəbulu zamanı bir daha göründü ki, həm Rusiya rəhbərliyinin, həm də Azərbaycan rəhbərliyinin mövqeləri üst-üstə düşür və bu da ikitərəfli münasibətlərimiz üçün olduqca vacib məqamlardan biridir:

"Rusiya və Azəbaycan Prezidentlərinin çıxışlarında səslənən fikirlər, regionda yaranmış yeni reallıqlar və imkanlar Rusiya ilə Azərbaycanın münasibətlərin inkişafına daha da təkan verəcək. Bu gün Azərbaycan ilə Rusiya arasında münasibətlər həm siyasi, həm də iqtisadi sahədə sürətlə inkişaf edir. Azərbaycan-Rusiya münasibətlərinin inkişafını şərtləndirən mühüm amillərdən biri də fundamental məsələlərdə hər iki dövlətin ortaq mövqedən çıxış etməsidir. Rusiya və Azərbaycan Şimal-Cənub Nəqliyyat Dəhlizindən birgə istifadə edir. Eyni zamanda Rusiya Şimal-Qərb Nəqliyyat Dəhlizinə qoşulub ki, bu da rusiyalı yükdaşıyanların Azərbaycandan keçməklə Qərb istiqamətində gedən yükdaşıma prosesindən faydalanması üçün əlverişli şərait yaradır".

Politoloq bildirib ki, münaqişə birmənalı olaraq bitib, bundan sonra gələcəyə fokuslanmaq lazımdır, kommunikasiyaların açılması və regionun inkişafı haqda düşünmək lazımdı:

"Ermənistan isə özü seçir - revanşizmi unudub bərpa və əməkdaşlıq prosesinə qoşulmasa, yenə kənarda qalacaq. Yox, əgər Ermənistan aqressiv siyasətindən əl çəksə, perspektivdə konstruktiv siyasət nümayiş etdirsə, bu xətti Ermənistan dövləti və cəmiyyəti aparıcı siyasi xətt kimi müəyyənləşdirsə, Ermənistanın regiona inteqrasiyası, regionda reallaşdırılan layihələrə cəlb olunması mümkün ola biləcək ssenaridir. Cənab Prezident də dəfələrlə bildirmişdi ki, Ermənistan işğalçılıq siyasəti yürütdüyü üçün bütün regional layihələrdən təcrid olunub.

Nə qədər ki, gec deyil bu xalqın daha yaxşı həyat standartları şəraitində yaşamaları üçün region dövlətləri ilə ədavətə son qoymaq siyasi hakimiyyətlərinin ən düzgün qərarı olmalıdır. Bu gün Ermənistanda vəziyyət ağırdır, əgər Ermənistanın hərbi-siyasi hakimiyyəti ölkələrini ağır vəziyyətdən qurtarmaq istəyirsə, ilk növbədə qonşu Azərbaycan və Türkiyə ilə normal münasibətlər qurmaq istiqamətində real adımlar atmalıdırlar. Ermənistan rəhbərliyinin üzərinə böyük iş düşür ki, vəziyyəti düzgün dəyərləndirsin, heç bir kənar fitnəyə uymasın və onlar üçün mövcud olan ən optimal variant kimi Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmağa çalışsın".

Milli.Az

 

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.