Siyasət

Prezident İlham Əliyev yaşayış minimumu haqqında qanunu imzalayıb

31 Dekabr 2020 13:02
Baxış: 1 782

Prezident İlham Əliyev "Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında" qanunu imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sənədə əsasən, əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği müəyyənləşib.

Belə ki, 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196 manat, əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat məbləğində müəyyən edilib.

Qanun 2021-ci il yanvarın 1-dən qüvvəyə minir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.