Cəmiyyət

Tələbələr nəqliyyat qiymətlərindən narazıdır – vəd edilən güzəştlər tətbiq ediləcək?

27 Noyabr 2025 16:28
Baxış: 383
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bir çox ölkələrdə tələbələrə, təqaüdçülərə və şəhid-qazi ailələrinə nəqliyyatda güzəştli kartlar təqdim olunsa da, Azərbaycanda bu sistem hələ tam tətbiq edilməyib.

Milli.Az xəbər verir ki, tələbələr nəqliyyat xərclərinin yüksək olduğunu və vəd edilən güzəştlərin hələ reallaşmadığından şikayət edirlər. 

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyindən qeyd edib ki, bu müddət ərzində layihəyə 400-dən çox partnyor cəlb olunub və tələbələr 75%-dək endirimlərdən yararlanırlar. Hazırda 24 universitetdə təhsil alan 190 min tələbə kartın istifadəçisidir. Kart bank statusuna malik olduğundan, tələbələr onu müxtəlif nağdsız ödənişlər üçün rahatlıqla istifadə edə bilirlər".

Nazirlikdən o da bildirilib ki, ictimai nəqliyyatda müxtəlif sosial qruplar üçün güzəştlərin tətbiqi, o cümlədən tələbələr üçün endirimlərin müəyyən edilməsi Təhsilin İnkişafı Fondunun səlahiyyətində deyil. Bu, müvafiq dövlət qurumlarının qərarına bağlıdır.

Asya Hüseyn
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.