Ölkə

İrandan gələn portağallar rənglənir? - RƏSMİ

27 Noyabr 2025 16:48
Baxış: 290
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İran regionda genişmiqyaslı sitrus istehsalı ilə tanınan ölkələrdən biridir və hər mövsüm böyük həcmdə təzə portağal və digər meyvələr daxili bazarlarla yanaşı, qonşu ölkələrdə ixrac olunur.

Sosial mediada yayılan yeni videoda isə iddia olunur ki, İranda satış üçün nəzərdə tutulan portağallar yuyulduqdan sonra boyalı suya salınaraq rənglənir. Bu prosesin meyvələrin daha parlaq və "cəlbedici" görünməsi üçün tətbiq olunduğu deyilir ki, bu da istehlakçıların aldadıldığı deməkdir.

Deyilənlər doğru olduğu təqdirdə, belə təhlükəli məhsulların ixrac prosesinə qarışaraq Azərbaycan piştaxtalarına qədər gəlib çıxma ehtimalı narahatlıq doğurur. Belə meyvələrin bazara çıxması həm istehlakçı hüquqlarının pozulması, həm də sağlamlıq riski baxımından yolverilməzdir.

İranın Kənd Təsərrüfatı Nazirliyi bu prosesə heç bir nəzarət etmədiyi bildirilir. Daha əvvəl, bu cür rənglənmiş meyvələrin insanlar üçün "zəhər" kimi təhlükəli ola biləcəyinə dair xəbərdarlıqlar edilib.

Bəs Azərbaycan? Bu cür təhlükəli məhsulların yerli bazarlara çıxarılma ehtimalı varmı və olacağı təqdirdə qarşısı necə alınacaq?

Milli.Az xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentindən (AQTA) Bizim.Media-ya verilən məlumatda qurumun qeyd olunan məsələdən xəbərdar olduğu bildirilib.

"Sosial şəbəkədə yayılan görüntülər Agentlik tərəfindən nəzarətə götürülüb. Araşdırmalar aparılır. Bildiririk ki, ölkəyə idxal olunan bitkiçilik məhsullarına riskəsaslı yanaşma ilə nəzarət həyata keçirilir. Məsələnin nəticələri ictimaiyyətə açıqlanacaq", - məlumatda vurğulanıb.

Xatırladaq ki, İrandan gələn meyvələrdə, məhz portağallarda 2 il öncə də sağlamlığa təhlükə saçan viruslar tapılmışdı. Nəticədə İrandan idxal olunan 20 tona yaxın portağal məhv edilmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.