Siyasət

Prezident İlham Əliyev Şamaxının Saqiyan kəndinin Günəşli adlandırılması haqqında qanunu təsdiqləyib

25 Dekabr 2020 11:50
Baxış: 1 246

Prezident İlham Əliyev Şamaxı rayonunun Saqiyan kəndinin Günəşli kəndi adlandırılması haqqında qanunu təsdiqləyib. 

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, qanuna əsasən, Azərbaycan Respublikasının Şamaxı rayonunun Saqiyan kənd inzibati ərazi dairəsi tərkibindəki Saqiyan kəndi Günəşli kəndi adlandırılır və Saqiyan kənd inzibati ərazi dairəsi Günəşli kənd inzibati ərazi dairəsi hesab edilir.

Prezidentin imzaladığı digər fərmanla "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın 7.3.25.7-ci yarımbəndində "Saqiyan" sözü "Günəşli" sözü ilə əvəz edilib.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.