Siyasət

Ağdamda FHN-in yerli strukturu fəaliyyətə başladı

17 Dekabr 2020 12:59
Baxış: 872

Fövqəladə Hallar Nazirliyi işğaldan azad edilmiş ərazilərimizdə yerli strukturlarının formalaşdırılmasını davam etdirir.

Nazirlikdən Milli.Az-a verilən məlumatda bildirilir ki, Ağdam rayonu, Qızıl Kəngərli kəndində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğından Mühafizə bölməsi fəaliyyətə başlayıb. Bölmə xidmətin yüksək səviyyədə həyata keçirilməsi üçün müvafiq texnika və avadanlıqlarla təchiz edilib.

Xatırladaq ki, bundan əvvəl FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şuşa, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər şəhərlərində və Xocavənd rayonunun Hadrut qəsəbəsində yerli strukturları fəaliyyətə başlayıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.