Siyasət

Türkiyənin Azərbaycanda yeni səfiri təyin olundu

8 Dekabr 2020 18:14
Baxış: 1 109

Türkiyə Azərbaycana yeni səfir təyin edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Türkiyə Xarici İşlər Naziri Mövlud Çavuşoğlu bildirib.

Nazir Türkiyənin Azərbaycandakı yeni fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə 2013-2017-ci ilərdə Türkiyənin Qətərdə səfiri olmuş Ahmet Demirokun təyin olunduğunu bəyan edib.

A. Demirok 1970-ci il avqustun 21-də Türkiyənin Konya şəhərində anadan olub.

Onu da qeyd edək ki, hazırkı səfir Erkan Özoralın Azərbaycandakı diplomatik fəaliyyət müddəti başa çatır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.