Siyasət

Almaniyanın hakim koalisiyası Berlinin Qarabağ məsələsində iştirakını təklif edir

27 Noyabr 2020 13:15
Baxış: 919

Almaniyada hakim koalisiya Berlinin Qarabağda sülhün bərqərar olmasına diplomatik yolla kömək etməsini təklif edir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə hakim koalisiyanın bəyanatında deyilir.

Bəyanat noyabrın 26-da Almaniya parlamentində dəstəklənib.

Sənəddə qeyd olunur ki, Almaniya Qarabağda sülh tənzimlənməsində və regionda sakinlər arasında dinc və bərabərhüquqlu münasibətlərin təmin olunmasında fəal iştirak etməlidir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.