Səfərbərliklə orduya çağırılan şəxslər nə vaxt evlərinə qayıdacaq? - AÇIQLAMA
Hərbi vəziyyət elan edildikdən sonra ya tam, ya da qismən səfərbərlik olur. Hərbi vəziyyət qüvvədə qalır. Çox güman ki, dekabrın 1-dən - bütün ərazilər azad edildikdən sonra məsələyə baxıla bilər.
Milli.Az bildirir ki, bu sözləri baku.ws-ə açıqlamasında millət vəkili Fazil Mustafa bildirib.
Onun sözlərinə görə, hərbi vəziyyətə Milli Məclis baxmalıdır və bundan sonra hərbi vəziyyət qüvvədən düşməlidir:
"Hələ ki hərbi vəziyyət qalırsa, səfərbərlik də, kommendant saatı da qüvvədə qalır. Buna görə, gözləmək lazımdır ki, hərbi vəziyyət ərazilərdə normal rejimlə əvəz edilsin. Ola bilər ki, həmin ərazilərdə fövqəladə vəziyyət rejimi olsun. Ya da hərbi vəziyyət rejimi işğaldan azad edilən ərazilərdə ola bilər.
Misal üçün? Bakıda hərbi vəziyyətə ehtiyac qalmaz. Hərbi vəziyyətlə bağlı konkret şəhərlər göstərilib. Bu şəhərlərin bir qismi saxlana bilər, digər qismindən isə hərbi vəziyyət götürülə bilər.
Dekabrın 1-nə, ərazilər boşalana qədər hansısa bir şəkildə hərbidən tərxis olunma nəzərdə tutulmayıb. Elə şəxslər var ki, hərbi xidmət müddəti başa çatıb, amma təxris olunmayıblar. Müharibə və hərbi vəziyyət zamanı artıq xidmət etmək nəzərdə tutulur. Faktiki olaraq bu ortadan qaldırıldıqdan sonra təxris olunmalar başlayacaq.
İndidən konkret hərbçilərin evlərinə buraxılacaq tarixi dəqiq demək mümkün deyil. Hər an insidentlər çıxa bilər".
Qeyd edək ki, Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamı ilə ölkədə qismən səfərbərlik elan edilib. Qismən səfərbərlik zamanı təsdiq edilmiş planlara uyğun olaraq Xidmət tərəfindən ehtiyatda olan birinci dərəcəli hərbi vəzifəlilər - əsgərlər, matroslar, çavuşlar, gizirlər və miçmanlar 35 yaş, zabitlər isə hərbi rütbəsindən asılı olaraq 50 və daha yuxarı yaş həddində ordunun komplektləşdirilməsinə cəlb olunub.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Paşinyan Prezident İlham Əliyevə Cənubi Qafqazda sülhə töhfəsinə görə təşəkkür edib
-
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pisləyib
-
Azərbaycan TDT daxilində fəal mövqeyə malikdir - Kamaləddin Qafarov
-
Azərbaycan XİN Çilini təbrik etdi
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Birinci xanım Mehriban Əliyeva ilə Şamaxıya səfəri ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
TDT-də yeni strategiya: Təhlükəsizlikdən enerji dəhlizlərinə qədər vahid güc mərkəzi
XƏBƏR LENTİ
-
Evində uşaqlara dərs keçmək üçün şəraiti olanların diqqətinə!
-
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
-
Nobel mükafatının məbləği artırıldı
-
“Qarabağ” "Şəfa"ya, "Neftçi" "Qəbələ"yə qalib gəldi
-
Kadırovun oğlu səs verdikdən sonra “ləzginka” oynadı - (Video)
-
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb
-
Yevlaxda üç avtomobil toqquşub, sürücü xilas edilib - Yenilənib - (Video)
-
Elariz oğlu və nəvəsi ilə - (Foto)
-
“Qarabağ”ın avrokuboklardakı anşlaqı yerli liqada yoxdur: 31 minlik stadionda acınacaqlı mənzərə - (Video)
-
Ceyhun Hacıbəyli küçəsində hərəkət məhdudlaşdırılacaq
-
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
-
Gəncəsər monastırı ətrafında Ermənistanda yaradılan qalmaqalın elmi-tarixi əsası yoxdur - AMEA
-
"Arsenal" Xviça Kvaratsxeliyanı heyətinə qatmaq istəyir
-
Şamaxıda “Nəsimi Bağları” kompleksi: 120 hektarlıq ərazidə turizm və mədəniyyət məkanı
-
Paşinyan Prezident İlham Əliyevə Cənubi Qafqazda sülhə töhfəsinə görə təşəkkür edib
-
Kardaşyanda atasının ölümünə səbəb olan xəstəlikdən aşkarlandı - (Foto)
-
Türkiyədə qadın qızının saç kəsimini bəyənmədi, qohumlarını yığıb salonu dağıtdı - anbaan (Video)
-
Azərbaycanın “yaşıl” enerji strategiyasında yeni mərhələ: “Qobustan” GES və qlobal hədəflər - (Foto)
-
Bakıda üç uşaq anası marketdə əri tərəfindən döyüldü - anbaan (Video)
-
Uşaq oyuncaqlarına Müşviqin mahnısı yerləşdirildi - (Video)
-
Daha iki küçədə avtobus zolağı salınır - (Foto)
-
Azərbaycan, Özbəkistan və Türkiyə hərbçilərinin iştirakı ilə “Birliyin Gücü – 2026” təlimi keçiriləcək - (Foto/Video)
-
149 il sonra “Meqa El Nino” təhlükəsi: Alimdən 2027-ci il üçün xəbərdarlıq
-
Bakı və Sumqayıtda ağacları qanunsuz kəsdilər - 39 480 manat ziyan





