Siyasət

Dekabrın 1-ə qədər Laçın Azərbaycana təhvil veriləcək - Sahibə Qafarova

26 Noyabr 2020 11:15
Baxış: 1 183

Bildiyiniz kimi 10 noyabrda Azərbaycan və Rusiya Prezidentləri və Ermənistan baş naziri tərəfindən imzalanmış bəyanata əsasən, dünən Kəlbəcər rayonu erməni silahlı qüvvələrindən təmizlənib Azərbaycana təhvil verilib. Bu münasibətlə hər birinizi təbrik edirəm.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib.

S.Qafarova deyib ki, dekabrın 1-ə qədər Laçın rayonu Azərbaycana təhvil veriləcək və Azərbaycanın ərazi bütövlüyü təmin ediləcək: "Eşq olsun Ali Baş Komandan İlham Əliyevə, eşq olsun Azərbaycan Ordusuna, yaşasın Azərbaycan!".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.