Siyasət

"Füzulidə bayraq sancmağa salamat bina qalmamışdı" - Kamran Əliyev

4 Noyabr 2020 11:45
Baxış: 1 902

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev noyabrın 3-də Böyük Britaniyanın "Reuters" İnformasiya Agentliyinə müsahibə verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, müsahibəsi zamanı Baş prokuror Azərbaycan Qoşunlarının Füzuliyə daxil olarkən bayraq sancmağa salamat bina tapa bilmədiyini deyib:

"Hərbçilərimiz orada bayraq sancmağa bir yer tapmadı, çünki salamat bina yox idi. SSRİ dövründə böyük bir şəhər olan Füzulidən geriyə yerlə yeksan edilmiş şəhər qalmışdı. Zəngilanda isə, yeganə dağıdılmamış bina hərbi qulluqçuların uşaqları üçün nəzərdə tutulmuş məktəb məktəb binası idi..."

"Reuters"ə Ermənistanın Azərbaycanın dinc sakinlərinə qarşı törətdiyi cinayətlər barədə ətraflı məlumat verən baş prokuror, həmçinin bölgədəki 700 tarixi bina və abidələrin əksəriyyətinin dağıldılması faktı ilə bağlı cinayət işi açıldığını qeyd edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.