Siyasət

“Narın qırmızı rəngləri Orxanın qanını xatırladır” - FOTO

3 Noyabr 2020 11:45
Baxış: 2 798

"National Geografic" jurnalının tanınmış fotojurnalisti, Azərbaycan əsilli fransız fotoqraf Rza Diqqəti Ermənistanın mülki əraziləri atəşə tutması nəticəsində həlak olan Tərtər rayon sakini 16 yaşlı Orxanın dəfn mərasimini işıqlandırıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, fotojurnalist həmin şəkilləri öz İnstaqram hesabında paylaşaraq belə şərh verib:

"Tərtər, Azərbaycan.

16 yaşlı yeniyetmə Orxan öz bağında nar yığarkən Tərtər şəhərinin Ermənistan tərəfindən atəşə tutulması nəticəsində vurularaq öldürülüb.

Anası və xalası onun tabutunu qucaqlayır. Portretində sevinc dolu gülümsəyən bir oğlan görsənir. Narın qırmızı rəngləri isə bizə kədərlə onun qanını xatırladır. Ailəsinin çəkdiyi acı əbədi olacaq".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.